Page 33 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 33
Tarey Vesos
Yan-yörəsində dayanıb-duran bacı-qardaşlarının hönkü r -
tüsü ərşə qalxmışdı.
– Bəsdi, mumlayın! – üstlərinə elə qışqırdı ki, elə bil it
hürdü.
Və onlar kiridilər.
İndi həmin o naməlum vadiyə yol alan Nils bütün bunları
fikrindən çıxarmaq istəyirdi. Getdiyi yer yaxın deyildi. Və bu
yolun sonunda onu ölü ata gözləyirdi.
İndi daha yetimsən! – Gecə yuxusu yoxuydu, yiyəsiz
həyətlərdən birində uzanıb fikrə dalmışdı.
Bizi nə gözləyir? Kasıb komamızın axırı necə olacaq?
Axır ki, səhər açıldı.
Başa düşdü ki, əslində, o, yuxusuz gecəni elə yuxusunda
görüb. Bütün bu vaxtı daş kimi yatıb.
Amma doğrudan da, görəsən, bizi nə gözləyir? – fikirdən
ayılmamışdı. Kasıb komamızın axırı necə olacaq?
Hə, yetimsən ki, yetim... Di vaxtdı, qalx.
Mənzilbaşına yaxınlaşdıqca daha çox mısmırıq sallayırdı.
Rastına çıxanlar da bunu sezirdilər, onu qıcıqlandırmaq üçün
təbəssümlə soruşurdular:
– Cavan oğlan, yolun hayanadı?
– Uzağa, – qısaca cavab verirdi. 33
– Yəqin, kefə gedirsən?
– Hə! – sifətinin cizgilərinə sərtlik verib sualı qaytarırdı.
Amma qorxub-eləyən olmurdu. Adamlar gülməklərini zorla
boğub ondan aralanırdılar.
Uzaqdan gələn maşını görüb, təzəcə yayılmağa başlasa da,
artıq hamının bələd olduğu bir hərəkətlə – təzim edən kimi,
qollarını açdı.
Maşın dayandı. Kabinədən başını çıxaran adam ondan nə
istədiyini soruşdu.
– Məni də özünüzlə götürün!
– Yaxşı, otur, amma tez elə, – sürücü candərdi razılığa
gəldi. Çünki bu əbədi xahişlərdən təngə gəlmişdi; yük maşı -
nıydı.