Page 31 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 31
Tarey Vesos
(1897–1970)
Vinyedә kәndli ailәsindә doğulub. 1929-cu ildә xutor
alıb vә ömrünün sonuna qәdәr tәsәrrüfat işlәri ilә mәşğul
olub. İlk әdәbi uğuruna 1923-cü ildә nәşr olunan “İnsan
övladı” romanıyla imza atıb. Sonra “Atanın sәyahәti”
(1930), “Siqrid Stalbrok” (1931), “Tanış olmayan adamlar”
(1931), “Böyük oyun” (1934) kitabları nәşr olunub. Tarey
Vesos hәmçinin “Cücәrti”, “Qaranlıqda ev”, “Siqnal” vә
“Quşlar” kimi mәşhur romanların müәllifidir. Ən yaxşı әsәri
olan “Buz qәsr” romanına görә bir sıra beynәlxalq әdәbi
mükafatlara layiq görülüb.