Page 27 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 27

Artur Omre

             İki il də keçdi, üç il də keçdi, xeyli illər ötüb-keçdi;
          kişinin getdiyi iyirmi il, otuz il oldu və... bu müddətdə
          qadın ondan bircə məktub da almadı, özü isə hara
          yazacağını bilmirdi, çünki kişinin qohumları onun
          ünvanını bilmirdilər. Onlar, əslində, Amerikada onun varlı
          dayısı olduğunu da ilk dəfə eşidirdilər. Üstəlik, qadın
          sevgilisinin qohumlarından öyrəndi ki, o ümumiyyətlə,
          çox qəribəymiş, həm də qapalı, qaradinməz adammış,
          qadınlarla qəti maraqlanmazmış, yaxın dostları da yox
          kimiymiş.
             Neçə ildənsə sonra, iyul ayında böyük şəhərə qatarla
          yaşlı bir adam gəldi. O, şey-şüylərini yükdaşıyanlara
          həvalə etdi, özü isə əvvəlcə mehmanxanaya yollandı,
          sonra şəhərə çıxıb küçələri dolaşmağa başladı. Şəhərdə
          hər şey olduğu kimi qalmışdı, amma hər şey də dəyişib
          yadlaşmışdı. Bu müddətdə kişinin, onsuz da çox olmayan
          dostlarından kimisi ölmüş, kimisi şəhərdən köçüb get -
          mişdi. Amma o, sağ qalan dostlarını da axtarıb soraq la -
          madı, çünki onların heç biri əsl ürək dostu deyildi.
          Dü z dür, şəhərdə köhnə iş yoldaşına rast gəldi, amma o  27
          qo calıb əldən düşmüşdü, üstəlik, ikisi də pis eşidirdi.
             Evi çoxdan sökülmüşdü. O, tramvaya minib şəhər -
          kənarı parka yollandı ki, xiyabanlarda gəzib köhnə
          xatirələrə dalsın. Həmin parkı, öz xatirələrinin ölkəsini ya-
          manca görmək istəyirdi. Sonra da, əgər sağ idisə, qadını
          tapmaq niyyətindəydi. Güman ki, qadın çoxdan ərdədir;
          uşaqları, nəvələri vardı, yəqin. Birdən yadına düşdü ki,
          bu gün dördüncü gündür, özü də indi saat beşdir. Bu,
          kişini çox təsirləndirdi.
             Nəhəng parkda hər şey əvvəlki kimi qalmışdı. Hər şey
          sakit və möhtəşəm idi. Yarpaqların arasından yenə gün
          işığı süzülürdü. Yaşlı kişi yaxşı tanıdığı ağacların xeyli
   22   23   24   25   26   27   28   29   30   31   32