Page 24 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 24
XX əsrin Norveç hekayələri
– Mariya! – gənc oğlan səsini ucaldırdı. – Əsl
məhəbbətdə heç bir “amma” ola bilməz. Ya sevirlər, ya
sevmirlər. Nə demək istədiyini yaxşı bilirəm, amma sən
də yaxşı bilirsən ki, çıxış yolu tapmaq üçün çoxdandı bo -
şuna baş sındırıram. Yaxşısı budur, qoy mən sənin həya -
tından yoxa çıxım, onda sən özünə varlı adaxlı taparsan.
Axı milçək şirəyə yığışan kimi, onlar bütün günü pərvanə
kimi sənin ətrafında fırlanırlar. Ah!..
Qız ovcuyla onun ağzını yumur, sonra da öpə-öpə
deyirdi:
– Əzizim, bu gün bizim tanış olduğumuz gündən beş
il keçir, amma düzünü desək, bu müddətdə bir addım
irəli getməmişik. Sən gərək tezliklə nəsə düşünüb tapa -
san ki, biz xoşbəxtliyimizə birgə sevinək. Son vaxtlar mən
bu barədə çox fikirləşmişəm. Biz haradasa ikiotaqlı ev ki -
ra yə ləyib, xoşbəxt ömür sürməliyik. Valideynlərimin qo -
cal masına hələ çox var, mən paltarlarımdan və qiy mətli
zinət əşyalarımdan başqa, evdən nəsə götürə bilmərəm,
bunlara isə çox pul verməzlər. Əlbəttə, gələcəkdə mənə,
24 bəlkə, nəsə çatdı. Amma sən çıxış yolu tapmalısan. Axı
mən də bir işin qulpundan yapışa bilərəm...
– Bu, sadə məsələ deyil, – oğlan fikirli-fikirli etiraz
etdi. – Mənim qazancım yalnız ev puluna çatır, paltara
pulu güclə düzəldirəm. Gələcəyə gümanım çox azdır,
mən tacir Lindstremin yanında ən kiçik qulluqçuyam.
Çalışdım ki, özümə başqa iş tapım, amma cavanlara hər
yerdə qəpik-quruş verirlər. Sənsə heç bir iş bacarmırsan.
Təsəvvür elə, bəs birdən bizim uşağımız olsa?
– Bizim uşağımız mütləq olacaq, – qız cavab verib,
oğlanı bərk-bərk öpdü.
– Üstəlik də, – oğlan sözünə davam etdi, – mən
ağlıma sığışdıra bilmirəm ki, biz mətbəxi pilləkənə çıxan,