Page 29 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 29
Artur Omre
sın, axı hansısa çıxış yolu tapmalıydı, bunu sevgilisinə söz
vermişdi. Amma belə məlum olmuşdu ki, Amerikada pul
çölə tökülməyib, üstəlik, heç özü də pulu asanlıqla
qazana bilən fərasət sahibi deyildi. Uzun illər qan-tər
içində zorla qəpik-quruş qazanırmış, qazancı özünə güclə
çatırmış, bir az da bank hesabına qoyurmuş. Yalnız son
illərdə işləri düzəlməyə, əli gətirməyə başlayıb; indi bu
pulla qocalığını rahat yola verə bilər. Kişi hələ çox yaşa -
yacağını düşünür və ömrünün qalan illərini burada, öz
doğma şəhərində keçirmək istəyirdi.
– Belə götürəndə, mən təkcə elə bu şəhərdə adam
kimi yaşamışam. Düzünə qalsa, ömrümün ən xoşbəxt
günləri burada, bu parkda keçib. Hayıf ki, o günlərin ömrü
qısa oldu, həm də hamısı çoxdan ötüb-keçib. Vaxt elə
sürətlə gedir ki, necə keçdiyini heç görə də bilmirsən.
Amerikada keçirdiyim illər isə uzun həsrət illəri idi, mən
o illəri ömürdən saymıram, onları həyatımdan silib
atmışam. İndi heç orada yaşadığıma da inanmıram, hal-
buki lap bu yaxınlaracan oradaydım. 29
– Həyat qısa sürən xoşbəxt saatlardan və həsrət dolu
uzun-uzun illərdən ibarətdir, – qadın təsdiqlədi.
İndi onlar parkı seyr edə-edə dinməzcə oturmuşdular.
Ağacların arasından gün işığı düşür, ilıq yay mehi yarpaq -
ların arasından zorla keçirdi. İt skamyanın altından çıxıb
yenə hürməyə başladı.
– Bob narahatdır, – qadın dedi. – Biz, adətən, buradan
sa at yeddinin yarısında gedirik, indi isə yeddidən ötüb, o
da bunu hiss edir.
– Deməli, onun yaşı yeddidən artıqdır? – kişi təəc -
cübləndi. – Onun bu qədər qoca olması ağlıma gəlməzdi.
Qadın təbəssümlə başını buladı: