Page 26 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 26

XX əsrin Norveç hekayələri

               bu cür söz-söhbətlərin yayılmasını istəmirəm. İkincisi də
               biz onda qabaqcadan böyük faizlər ödəməli olar, nəti -
               cədə uduzarıq. Yaxşısı budur, mən özüm pul yığanacan
               bir az gözləyək.
                   – Sən çox qəribə adamsan, – qadın dedi. – Amma
               çarə nədir, mən səni necə varsansa, o cür sevirəm. Amma
               keş kə çox gözləmək lazım gəlməsin...
                   – Ümid edirəm ki, çox gözləmək lazım gəlməyəcək, –
               kişi əminliklə cavab verdi. – Ola bilsin, mən bir müddətə
               bur adan getməli oldum, amma qayıdıb gələndə, biz yeni -
               dən görüşəndə...
                   – Ah, bu, dəhşətdir, Luis, mən qorxuram! İnan ki,
               sənsiz çox darıxacam. Amma, bəlkə, belə yaxşıdır?! Vaxt
               tez keçir. Sən mənə tez-tez yazacaqsan, mən sənə etibarlı
               ün van verərəm.
                   – Ola bilər ki, dərhal yazmayım, – kişi fikirki-fikirli
               dilləndi. – Amma sən narahat olma. Bilirsən, mən əvvəlcə
               bir az gəzməliyəm, işlərin necə getməsinə baxmalıyam.
               Dördüncü günlərin birində isə sən yenə bura gələrsən,
         26    bax bu təpədən aşağı enərsən və birdən məni skamyada
               oturmuş görərsən...
                   – Doğrudan ey, – sevincdən gözləri işaran qadın
               dilləndi. – Bəlkə, əksinə olacaq: sən təpədən enəcəksən,
               görəcəksən ki, mən skamyada oturub sənin yolunu
               gözləyirəm. Hə, di tez elə, danış görüm nə fikirləşmisən...
                   – Gələn dördüncü gün sənə öz planımı ətraflı danı -
               şaram.
                   Amma bir neçə gündən sonra qadın məktub aldı ki,
               bəs sevgilisi Amerikaya yola düşüb. Guya orada yaşayan
               hansısa qohumu vəd edib ki, onu öz yanında işə götürə -
               cək, yaxşı da məvacib verəcək. Ola bilsin, qadına vur-tut
               ikicə il, uzaqbaşı üç il gözləmək lazım gələcək. Əvəzində
               isə bundan sonra...
   21   22   23   24   25   26   27   28   29   30   31