Page 23 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 23

Artur Omre




                                Parkda

                 öyük şəhərdə yeniyetmə bir qızla yeniyetmə bir
             Boğlan yaşayırdı. Onların cənnət bağı şəhər kəna -
          rındakı nəhəng park idi və hər həftənin dördüncü günü
          saat beş tamamda gənc Françesko öz Laurası ilə bu
          parkda görüşürdü. Söz-söhbətləri yalnız sevgidən olurdu.
          Gənc aşiqlər məhəbbətdən dəm vurur, kəlməbaşı da
          öpüşürdülər. Amma görüşdüklərini hamıdan gizlin saxla -
          yırdılar. Qız şahzadə kimi varlı, oğlan isə kilsə siçovulun-
          dan betər kasıbın, lütün biriydi. Lakin artıq qərara
          gəl mişdilər ki, birlikdə öz qayıqlarını səadət sahilinə sür -
          sünlər. Yeri gəlmişkən, öz aralarında onu da razılaş -
          dırmışdılar ki, qayığı qabaqcadan dünya nemətləri ilə
          doldurmaq pis olmazdı.
             Oğlandan saat yeddinin yarısında ayrılan qız parkdan
          çıxıb, şəhərin şimal hissəsinə gedən tramvaya əyləşirdi.
          Az sonra oğlan şəhərin cənub hissəsinə gedən tramvaya
          minirdi. Amma hərdən o, evə piyada qayıtmağı üs tün      23
          tutardı və onda kədərli düşüncələr yolyoldaşı olardı.
          Düzünə qalsa, çox vaxt zavallının tramvay bileti üçün
          sadəcə pulu olmazdı.
             Növbəti dördüncü gün saat beş tamamda sevgililər
          qoca palıdın altında yenidən görüşdülər, növbəti dör -
          düncü gün yenə görüşdülər, növbəti dördüncü gün bir
          daha görüşdülər... beləcə, həftənin dördüncü günləri
          sonu görsənmədən, bitib-tükənmək bilmədən sıralanıb
          getməyə başladı.
             Qız deyirdi:
             – Qulaq as, Luis, bilirsən ki, səni sevirəm, özüm də
          ömrüm boyu heç zaman səndən özgəsini sevmərəm,
          amma...
   18   19   20   21   22   23   24   25   26   27   28