Page 18 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 18

XX əsrin Norveç hekayələri

               tərpənmirdi. Əri yırğalanan kreslo ilə şkaf arasında var-gəl
               edirdi.
                   Deməli, əri ilə ayrı-ayrı evlərdə yaşayacaqlar. Ayrı-ayrı
               evlərdə. Bu il də uşaqları diş həkiminə apara bilməyəcək. Er-
               linqin dişləri yeddi yerdən deşilib. Arnenin də dişləri pis gün -
               dədir. Astrid də dişlərindən şikayətlənir. Üstəlik, Astridə təzə
               palto alacağıma söz vermişəm. Demişəm ki, bu barədə atası
               ilə danışacağam. Paltosu tamamilə köhnəlib, ona baxanda
               ada mın yazığı gəlir. Gertə isə təzə çəkmə almaq lazımdır.
                   Hər dəfə uşaqların çürümüş dişləri haqqında düşünəndə
               ürəyi sıxılırdı. Utandığından, gülməli qısa palto geyən Astridin
               üzünə baxa bilmirdi. Başqa mənzildə yaşayan ərini təsəv -
               vürünə gətirdi: dazbaş, qarnı irəli çıxmış, gözləri zəif ləmiş əri
               deyingən ev sahibəsinin əlindən təngə gəlib… Çoxdan unut -
               duğu hisslər isti dalğa kimi bütün vücudunu sardı, yenidən
               gözləri yaşardı.
                   Kişi işdə keçirdiyi yuxusuz gecələri, verdiyi qurbanları
               xatırlayırdı. Subay olduğu bəxtəvər günlərin xiffətini çəkirdi.
               Hər dəfə evə qayıdanda haldan-hala düşdüyünü, ayaqlarını
               sürüyə-sürüyə yeridiyini yada salıb özünü qınayırdı. O da
               arvadı kimi illərdir ürəyində yük gəzdirirdi. Kişinin sadəlövh
         18    məyusluğu: sən demə, o, haçansa sevdiyi ideal qadınla
               yaşamırmış. Bunu onun özünə də bildirdi. O, daşları diqqətlə
               seçir, tələsmirdi. Atdığı daşların hamısı hədəfə dəyirdi.
                   Haçansa ömür yolunda ona arxa-dayaq olacaq qadın,
               həyat yoldaşı arzulayırdı, amma…
                   – Sənin çıxardığın hoqqalara çox dözmüşəm. Gündə bir
               fikrə düşürsən, həmişə hər şeydən narazısan. Belə hallarda
               mən də başqa kişilər kimi eləyə bilərdim: dostlarla kafeyə
               gedib əylənərdim, amma yox – mən həmişə evə gəlir, sənin
               könlünü almağa çalışırdım. Sənin əlindən nə çəkdiyimi yalnız
               mən bilirəm.
                   Qadın istər-istəməz başını qaldırdı. “Deməli, sən də
               mənim günümdəymişsən!” – demək istədi. Amma heç nə
               demədi.
   13   14   15   16   17   18   19   20   21   22   23