Page 19 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 19
Kora Sandel
– Hədiyyələr? – kişi sözünə davam etdi.
Sən demə, o, heç bu barədə fikirləşmirmiş. Bunu sadəcə
ağlına gətirmirmiş. Axı əlavə pulu olmurdu. Arvadını ən zəruri
şeylərlə təmin etmək üçün dəridən-qabıqdan çıxırdı. Fikir -
ləşirdi ki, arvadı onu başa düşür. Doğrudanmı o, elə fikirləşir
ki, başqa kişilər işini-gücünü buraxıb yalnız arvadlarına
hədiyyə almaqla məşğul olur?
Qadın göz yaşını silib, karıxmış halda onun üzünə dikildi:
– Mən elə demək istəmirdim…
– Eləmi? – kişi gözləmə mövqeyinə keçdi.
Amma qadın sözünün arxasını gətirməyə macal tapmadı.
Kişi çiynini çəkib, yorğun səslə davam etdi:
– Qadınların çoxu başa düşür ki, kişi əyin-başına fikir ver -
məlidir, heç nəyə ehtiyacı olmayan adam təsiri bağışla malıdır,
yoxsa işdə ona hörmət qoymazlar.
O, həmişə öz qadınına sədaqətli olub. Hə, hə, qoy arvadı
ona istehzayla baxmasın. Kişi illərlə öz qadınına xəyanət
etmirsə, bunu yalnız alqışlamaq lazımdır.
– Yəqin, əlinə fürsət düşməyib. Həm də bunun üçün
təşəbbüs göstərməlisən. Amma sən təşəbbüskar deyilsən.
Hə, deməli, arvadı hələ sancmağa davam edir, atmaca -
larından qalmır. 19
– Sənin dünyadan xəbərin yoxdur, – kişi sakitcə etiraz etdi.
Qadın deməyə söz tapmadı. O, öz kiçik dünyasından
kənara çıxmaq iqtidarında deyildi. Doğrudan da, qadın kişinin
nəylə məşğul olduğunu haradan bilsin? Buxovlanmış adam
sərbəst gəzib-dolaşan insan haqqında nə bilə bilər? Evin
kandarından o tərəfdə böyük bir dünya var. Hər səhər əri bu
dünyaya yollanır, yalnız şər qarışandan sonra evə qayıdırdı.
– Ailədə söz-söhbət olmasın deyə, həm də uşaqların xət -
rinə, səni olduğun kimi qəbul etmək üçün əlimdən gələni
etdim. Amma, sözün açığı, artıq nazınla oynamaqdan bez -
mişəm.
Qadın qorxa-qorxa, müticəsinə, otaqda o baş-bu başa
gedən ərinə baxırdı.