Page 15 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 15
Kora Sandel
arvad… Yox, daha bacarmıram, gücüm qalmayıb! Sən… sən…
Zümzümə eləyə-eləyə gəzirsən. Neçə ildir züm zümə eləyirsən,
düzəməlli oxuya da bilmirsən. Kənardan baxan olsa, fikirləşər
ki, hər şey qaydasındadır. Sən süfrə arxasında özünü apara
bilmirsən – nəsə götürmək istəyəndə qalxıb stolun üstünə
əyilirsən. Sən…
– İlahi! – kişi yenə nəsə demək istədi. Amma qadın ağzını
açmağa imkan vermədi. Kişinin istehzayla gülümsədiyini görən
qadın hirsindən əsib-titrəyir, yumruqlarını havada oynadırdı.
Hə, kişi gülümsünürdü. Özünü haqlı sayan adamlarsayağı,
istehzayla gülürdü.
Ona baxanda qadın nifrət hissini boğa bilmirdi. Qarşısında
dayanan əri o qədər miskin, adi, yazıq görünürdü ki! Dizləri
bükülmüş, beli əyilmişdi, yaxını yaxşı görmürdü, başı keçəl -
ləşmiş, qarnı irəli çıxmışdı. Kişi cinsindən olan adi, boz varlıq!
Belələri minlərlədir. Kobud və daşürəkli! Hə, daşürəkli!
– Sənə ərə gələndə ağlım hardaydı? – qadın bağırdı. –
Hansı ağılla səndən dörd uşaq doğmuşam? Aman Tanrım!..
O, əllərini üzünə tutub hıçqıra-hıçqıra ağlamağa başladı.
Qadının hirs-hikkəylə dediyi sözlər kişini təbdən çıxarmadı,
əksinə, indi o, daha sakit və təmkinli görünürdü. Bu qarşıdur -
mada özünü daha tədbirli, mühakiməli apardığı üçün öz gö - 15
zündə böyüyürdü. Kişi bu dəfə istehzayla yox, şəfqətlə
gü lüm sədi. Doğrudan da, arvadı yazıq adamdır!
Amma qadının son sözlərini eşidəndə üzünün ifadəsi
sərtləşdi.
– Sən varlı ər axtarırdın? – o, soyuq səslə soruşdu. – Cah-
calal içində yaşamaq istəyirdin?..
Qadının əsəbi gülüşü iniltiyə, sonra yenidən qəhqəhəyə
çevrildi:
– Gülməli sözlər danışırsan.
Birdən-birə qadının gözləri önündə dovşan dərisindən
yaxalıq peyda oldu. Haçansa bu yaxalıq üçün ürəyi gedirdi, onu
almaq arzusu ilə yaşayırdı. Dəri məmulatları dükanında qonur
tülkü, dələ, sincab xəzi (qadınların sinov getdiyi isti şeylər) də