Page 11 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 11
Kora Sandel
çalış mışdı. Buna əmin idi, baxmayaraq ki, arvadı hədsiz
dərəcədə inadkar, tərs, uşaq kimi şıltaq və dardüşüncəli adam
idi. Hə, hə, məhz dardüşüncəli. Ola bilsin, onun da günahı var,
amma o, heç vaxt qəsdən arvadının xətrinə dəymək istəməyib.
Arvadı isə çox qərəzlidir, nə eləyirsə, onun acığına eləyir.
Onun unutqanlığını diqqətsizlik, hörmətsizlik və etinasızlıq
kimi qəbul edir. Arvadının dartılmış ipə oxşayan ağzı sanki
balacalaşıb, çünki dodaqlarını bir-birinə sıxmağı vərdiş eləyib:
qorxur ki, ağzından ehtiyatsız söz qaçırar. Amma demə dik -
lərinin hamısını ürəyində gizlədib, bərk-bərk qoruyur. İstədiyi
vaxt ora nəzər salıb, köhnə ədavəti qızışdırmaq üçün kifayət
qədər səbəb tapa bilər.
Onun da öz anbarı var, amma bir az fərqli anbardır – bura
yalnız əhəmiyyətli şeyləri toplayır. Hər halda, ona elə gəlir.
Onun da əlinin altında bir-iki sanballı çaylaq daşı var, amma
onları ehtiyatda saxlayır. Axı o, kişidir, ağıllı, tədbirli insandır,
hər şeyə fəlsəfi nöqteyi-nəzərdən yanaşır, həm də qadını
olduğu kimi qəbul edir və evdə rahatlıq olmasını istəyir.
Arvadı isə onların birgə addımladığı yolun kənarlarındakı
xırda daşları ətəyinə yığıb, özünə yük eləyib. Vaxtaşırı onlardan
birini götürüb ərinə sarı tolazlayır.
Gündəlik məişət qayğıları, boz, yeknəsəq həyat ritmi ikisini 11
də sınıxdırmış, gözlərini qırmışdı. Əvvəlki şəfqət hissin dən
əsər-əlamət qalmamışdı, keçmişlərdə olduğu kimi qə tiy yətli
və inamlı görünmürdülər.
Budur, otaqda birgə oturublar, həmişə olduğu kimi.
Cavab verməyə tələsmədi. Əvvəlcə qəlyanını tüstülətdi,
sonra dizlərini sığalladı və cibindəki açarları oynada-oynada
qətiyyətli səslə dedi:
– Sənin davranışın adamı xoş ovqata kökləmir. Bu, məsə -
lənin bir tərəfi. Səhv etmirəmsə, ötən yay sənə çanta, özü də
çox gözəl çanta bağışlamışam, elədir?
– Bu, iki il əvvəl olub, həm də uzun xahiş-minnətdən sonra.
– Ola bilməz, bu yay idi! Yaxşı yadımdadır! Hə, elədir, yayın
əvvəli, baharın son ayıydı! Bilirdim ki, ürəyindən çanta almaq
keçir. Təsəvvür elə ki, sənə nəsə lazım olanda mən bunu hiss