Page 7 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 7
sun “Kersti-Mayya uçurumu”, E.Eklandın “Azad lıq” heka -
yәlәri XX әsrin başlanğıcına aid olan “kәnd әdәbiy yatı”
nümunәlәridir vә bu tip hekayәlәrdә başlıca istiqamәti sәrt,
çılpaq realizm, hәmçinin tәbiәtin amansızlığı ilә kәskin
mübarizә tәşkil edir.
Q.V.Qunnersenin “Biz neft daşıyırıq” hekayәsindә sosial
haqsızlığa qarşı barışmaz etiraz var. Eyni münasibәt B.Vikin
“Liv” hekayәsindә dә bütün çılpaqlığı ilә vә daha sәrt şәkildә
ifadә olunub. Mövzu baxımından bir-birindәn fәrqli olsalar
da, sosial-mәişәt mәsә lәlәrindәn bәhs edәn T.Stigenin “Fe-
lisiya xalanın pişiyi”, O.Solumsmuenin “Parket”, E.Bolstadın
“Lotereya bileti” hekayәlәrindә dә oxşar fikirlәr öz әksini
tapıb. Bu hekayәlәrdә ifrat tamahkarlığın ailә vә dostluq
münasibәtlәrini kökündәn mәhv etmәsi ustalıqla tәsvir olunur.
S.Kristovun “Uşaqlar boy atır” hekayәsindә isә sa ba ha
inamsızlıq, qeyri-sabit dünyamızın gәlәcәyindәn narahatlıq
simvolik cizgilәrlә inandırıcı şәkildә ifadә olu nub.
Kitaba daxil edilәn yazıçıların әdәbi yaradıcı lığında İkin -
ci Dünya müharibәsinin dәhşәtlәrinә onlarla roman hәsr olu -
nub. XX әsrin ikinci yarısında Norveç yazıçılarının bu
möv zuda qәlәmә aldıqları roman vә povestlәri bir yerә top - 7
lasaq, uzun bir siyahı alınar. Müharibә mövzusu hekayә jan -
rına da tәsirsiz ötüşmәyib. Topluya daxil edilәn hekayәlәrin
bir qismi mәhz müharibә dövründә, yaxud müharibәdәn
sonrakı illәrdә Norveç xalqının taleyinә böyük zәrbә vurmuş
sağalmaz yaralardan bәhs edir, bu әsәrlәrdә sadә insanların
mәruz qaldığı müsibәtlәr tәsvir olu nur. Buna nümunә kimi
F.Börnsetin “Sınıqlar”, A.Myuklenin “İki kişinin xoşbәxtliyi”,
N.Y.Rüdün “Xarabalığın uşaqları”, L.A.Holma nın “Oğlan vә
qoca” hekayәlәrini göstәrmәk olar.
Son illәrdә müasir Norveç nәsrinә töhfәlәr verәn vә öz
fәrdi üslubu ilә seçilәn yazıçılardan biri dә bu kitabda “Gecә
vaxtı. Ana” hekayәsi dәrc olunan Yusteyn Qorderdir. Yazıçının