Page 5 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 5

Skandinaviya söz meşәsinin
                              yarpaqları


                  oxәsrlik  Avropa mәdәniyyәtinin fonunda Norveç
              Çәdәbiyyatı özünәmәxsus xüsusiyyәtlәri ilә seçilir.
          Ölkәnin Avropanın şimalında yerlәşmәsi sәbәbindәn nәhәng
          mәdәni mәrkәzlәrdәn müәyyәn qәdәr aralı düşmәsi, burada,
          әsasәn, dağlıq regionun üstünlük tәşkil etmәsi uzun illәr
          Norveçin iqtisadi vә sosial inkişafını lәngidәn başlıca
          amillәrdәn olub. Eyni zamanda bu şimal ölkәsinin Dani-
          markadan çoxәsrlik siyasi asılılığı da mövcud vәziyyәtә tәsirsiz  5
          ötüşmәyib. Mәhz bütün bu amillәrin nәticәsidir ki, XIX әsrin
          ortalarına qәdәr Norveç nәinki milli әdәbiyyata, vahid milli
          dilә dә malik olmayıb. Hәtta indi dә müasir Norveçdә eyni-
          hüquqlu iki dil norması mövcuddur: bukmol (kitab dili) vә
          yerli xalq lәhcә lәrinin sintezi әsasında yaranmış lansmol (yeni
          Norveç dili). Bu vә bir sıra digәr sәbәblәrdәn Norveç
          әdәbiyyatı öz inkişafında başqa әdәbiyyatlara xas olan
          müәyyәn vacib mәrhәlәlәrdәn istәr-istәmәz yan keçmәli olub.
          Vә sanki bu boşluğu aradan qaldırmaq mәqsәdilә milli
          әdәbiyyat öz mövcudluğunun ilk onilliklәrindә güclü tәkan
          götürәrәk әvvәlcә İbsenin, sonradan Qnut Hamsun vә Siqrid
          Unsetin әsәrlәri ilә dünya әdәbiyyatı xәzinәsinә öz layiqli
          töhfәlәrini verib. Tәsadüfi deyil ki, Skandinaviya әdәbiyyatı
   1   2   3   4   5   6   7   8   9   10