Page 10 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 10
XX əsrin Norveç hekayələri
Uçqun
ampanın yanında sakitcə oturmuşdular. O, qəzet oxu -
Lyur, qadın isə toxuyurdu. Gün ərzində bir-birinə de mə -
dikləri, ürəklərində yığılıb qalmış sözlərin ağırlığı otağa
çök müşdü. Sükut get-gedə sanki maddiləşir, dərinləşirdi; onu
pozmaq daha da çətinləşirdi.
Qəzeti kənara qoyub ayağa qalxdı, otaqda var-gəl elə məyə
başladı. “İlahi, yenə başlayacaq, – qadın fikirləşdi. – Səb rim
tükənib, bu gün ona dişimin dibindən çıxanı deyəcəyəm.”
O, kirimişcə oturub nəsə toxuyan arvadına baxdı: dodaq -
larını bir-birinə sıxmış bu qadın xəyalındakı füsunkar həyat
yoldaşına, ömür yolundakı məşələ heç oxşamırdı. Bunun bir
adı da vardı – ailə mükəlləfiyyəti. Ürəyində qəribə, müəmmalı
hisslər baş qaldırmışdı – həyatında dəyişiklik etmək istəyi
bütün varlığına hakim kəsilmişdi. Üzünü ikrahla kənara çevirdi –
arvadına baxanda ürəyi bulanırdı.
Bu nə vaxta kimi belə davam edəcək?
– Gözəl kaktusdur, deyilmi? – lənətə gəlmiş sükutu
pozmağa çalışaraq, öz yerinə əyləşdi və ayağını ayağının üs -
10
tünə aşırdı.
Amma belə hallarda ehtiyatı əldən verməməlisən.
– Yenə nə hoqqa fikirləşmisən? Sən mənə elə-belə heç nə
gətirməzsən.
Qadın onu sancmaq, acılamaq istəmirdi. Hirsli deyildi.
Əhvalı da pozulmamışdı, sadəcə axşama yaxın bir az yorul -
muşdu. Bəlkə də, başqa sözlərlə cavab verməliydi.
Yenə başlandı… Əhəmiyyətsiz, adi bir şey nə qədər hirs,
qəzəb doğura bilər! Ürəklərində illərlə yığılıb qalmış kin-
küdurəti artıq gizlədə bilmirdilər. Qayadan kiçik bir daş qop -
muşdu – kiçik daş parçası böyük uçqunun əlaməti ola bilər.
Qadının sözləri yeddi qatından keçdi, ona elə gəldi ki,
indiyəcən bu cür ədalətsiz ittihamla üzləşməyib. Necə olmasa
da, o, həmişə öz vəzifəsinin öhdəsindən vicdanla gəlməyə