Page 6 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 6
dedikdә, müasir dünya oxucusu kimi, Azәrbaycan oxucusunun
tәsәvvüründә dә, ilk növbәdә, mәhz bu görkәmli sәnәtkarların
adları canlanır. Dәrhal da qeyd edәk ki, bu qısa siyahıda öz
bәnzәrsiz yaradıcılığı ilә Norveç әdәbiyyatına böyük töhfәlәr
vermiş Tarey Vesos kimi qüdrәtli yazıçının olmaması bir qәdәr
qeyri-tәbii görünür. T.Vesos mәhz o qüdrәtin sahibidir ki,
dünyadan köçәrkәn әdәbiyyatşünaslar ürәkağrısıyla yazırdı:
“Skandinaviya söz meşәsinin әn nәhәng ağacı yıxıldı!” Yazıçı
haqqında deyilәn bu sözlәr heç dә tәsadüfi deyil: hәqiqәtәn
dә, böyük sәnәtkarın yaratdıqlarıyla tәbiәtin yaratdıqları
arasında qәribә bir doğmalıq var.
Topluya iki hekayәsini daxil etdiyimiz Vesosun tәbiiliyi
tәkcә yaratdığı obrazlarda deyil, hәmçinin tәhkiyә manera -
sında, xüsusәn dә dilindә hiss olunur. Az qala, bütün Norveç
әdәbiy yatı bukmolda qәlәmә alındığı halda, Vesos öz әsәr lәrini
lansmolda yazırdı. Mәhz elә bu amil yuxarıda adları çәkilәn
görkәmli yazıçılardan fәrqli olaraq, Vesosun әdәbi mәhsu -
lunun dünyaya çıxışında xeyli çәtinliklәr yaradıb. Yәni Veso-
sun bu gün skandinaviyalı klassiklәrlә müqayisәdә daha az
tanınmasının әsas sәbәbi bilavasitә dil amili ilә bağlıdır.
6 Azәrbaycan oxucusu Norveç әdәbiyyatını daha çox İbsen
vә Hamsun kimi klassiklәrin әsәrlәri ilә tanıyır. Müxtәlif illәrdә
ayrı-ayrı әdәbi orqanlarda Norveç yazarlarının hekayәlә -
rindәn müәyyәn nümunәlәr dәrc olunsa da, küll halında bu
әdәbiyyatla tanışlıq yetәrincә deyil vә tәqdim edilәn kitab
mövcud boşluğu aradan qaldırmaq, Norveç hekayәlәrini daha
geniş vә dolğun şәkildә tәqdim etmәk mәqsәdi daşıyır.
“XX әsrin Norveç hekayәlәri” adlandırdığımız topluya
müxtәlif әdәbi nәsillәri tәmsil edәn otuz iki yazıçının 34 әsәri
daxil edilib. Bu yazıçıların bir çoxu (mәsәlәn, E.Ekland,
S.Holmebakk, İ.Svinsos, Y.Qorder) yazı manerası, son dәrәcә
fәrdiliyi vә hadisәlәrә spesifik baxışı ilә seçilir. Eyni zamanda
bu yazıçılardan S.Holmebakkın “Sveygensli Birte”, İ.Svinso-