Page 12 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 12
XX əsrin Norveç hekayələri
edirəm, – o, xəyali çaylaq daşını rəqibin burnunun ucunda oy-
nadaraq istehzayla dedi.
Toxumağından qalmayan qadın başını bir qədər də aşağı
əyib acı-acı gülümsədi. Qadının bütün bu illər ərzində
dedikləri, beləcə gülümsəyərək susmasının yanında heç nəydi.
İndi də susmağa üstünlük verdi. Amma artıq illərlə ürəyində
daşıdığı ağır yükü yerə qoymağın vaxtı çatmışdı. Budur, əri
yanında əyləşib. Sözsüz, əri ondan güclüdür, öz kefinin ağası -
dır. Qadınlarla kişilərin bərabərliyi haqqında danışılan ların
hamısı nağıldır. Dörd uşaq böyüdüb boya-başa çatdırmaq
məgər asan işdir? Burada hansı bərabərlikdən danışmaq olar?
Qadın əsəbi halda dişlərini bir-birinə sıxdı, – ürəyindən
keçənləri qışqıra-qışqıra onun üzünə deməkdən özünü güclə
saxladı. Uşaqların xətrinə, rahat güzəran naminə susmalı oldu.
Ayrı-ayrılıqda götürdükdə, bunların hamısı xırda şeylərdir.
Amma hamısı bir yerdə elə bir qüvvədir ki, ondan yaxa qur-
tarmaq mümkün deyil. Ondan yalnız ölüb qurtulmaq olar. Bu
dəhşətli addımı atmaq barədə çox fikirləşmişdi: ərindən
ayrılmaq, uşaqları, evi, mal-mülkü bölmək, bu zillətə son qoy-
maq… Amma hər dəfə belə şeylər barədə fikirləşəndə onu
vahimə basır, başı hərlənirdi. Bu fikri özündən uzaqlaşdıran -
12 dan sonra isə ürəyi sıxılır, haradansa evə qayıtmaq lazım
gələndə əli-ayağı ağırlaşırdı – bütün varlığı ona etiraz edir,
bədəni iradəsinə tabe olmaq istəmirdi.
Xırdalıqların arxasında nəsə böyük bir şey dayanmışdı,
amma qadın bunu ifadə etməyə çətinlik çəkirdi. O, təhsil
görməmişdi, az oxuyurdu, ümumiləşdirmək, təhlil etmək,
xaosu nizama salan, yüngüllük gətirən sözləri tapıb dilə
gətirməkdə aciz idi. Qadın illərlə ətəyində gəzdirdiyi daşları
ərinə doğru bəxtə-bəxt, qarasına tolazlayır, bu zaman özünü
qaranlıq kolluqda hiss edirdi.
– Bəlkə, Milad bayramında da məndən hədiyyə alma -
mısan? – kişi istehzayla soruşdu.
– Hm, bəzi lazımlı şeylər… Onsuz da, onları almaq lazım
idi.