Page 17 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 17
Kora Sandel
kəlmələri çıxsaydı, bütün bunları özünə dərd eləməzdi. Amma
əri belə sözlər işlətmirdi.
Hə, qadın artıq hər şeyi başa düşmüşdü. Söz axını hər şeyi
qabağına qatıb aparmış, öz məcrasını təmizləmişdi, artıq hər
şey aydın görünürdü. Artıq bütün naqisliklər üzə çıxmışdı; hər
şey ölmüşdü, heç nə ona əzab vermirdi. Buna baxmayaraq,
qa dın həyatını zəhərləyən bu lazımsız yükü hələ də yerə
qoymamışdı. Utanırdı. İfadə edə bilmədiyi fikirlərinə, qışqıra-
qışqıra dediyi bayağı, mənasız sözlərə görə utanırdı.
– Heç olmasa, bircə dəfə desəydin ki… – qadın pıçıltıya
keçdi.
– Nə demək istəyirsən?
– Heç, – utandığından sifəti pörtmüş qadın ağır-ağır kətilə
oturub ağlamağa başladı.
Kişi stulun söykənəcəyindən bərk-bərk yapışıb hərəkətsiz
dayanmışdı. Qadın dəsmalla göz yaşını silib gözucu ərinə
baxdı. Hiss etdi ki, artıq ərinin də səbir kasası daşmaq üzrədir.
İndi ərinin sanki qıc olmuş sifəti daha enli, çənəsi daha böyük
görünürdü. Birdən-birə qadını vahimə basdı – bu, iliyinə-qa -
nına işləmiş köhnə qorxu idi. Başa düşdü ki, bu davranışı ilə
özünə ziyan eləyib. Sanki hansısa qüvvə onu təhrik edir, sakit
dayanmağa qoymurdu… 17
Kişi susurdu. Qadın ağlaya-ağlaya ortalığa çökmüş sükutu
dinləyirdi. Sükut uzanır, gərginlik artırdı. Sözlər ərinə kar elə -
mirdi, o isə lazımi sözlər tapıb deməkdə çətinlik çəkirdi. Sükut
get-gedə dərinləşirdi. Yuxarıda çarpayı cırıldadı – uşaqlardan
hansısa yerində qurcuxdu. Qadının ürəyinə damdı ki, nəsə pis
şeylər baş verəcək. İztirabla gözləməyə başladı.
Nəhayət, əri dilləndi. Dedi ki, günü sabah hər şeyi yoluna
qoyacaq – məsələnin hüquqi tərəflərini öyrənəcək; hələlik şə -
hərdə mənzil kirayələməli olacaq. Bunu uşaqların naminə
etmək lazımdır, münasibətləri daha da korlamağa dəyməz. Eti-
raf etdi ki, bütün bunları könülsüz edəcək.
Qadın cavab vermədi. Ərinin qan donduran səs tonu onu
sanki iflic etmişdi, gözlərini onun ayaqlarına zilləyib, yerindən