Page 20 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 20

XX əsrin Norveç hekayələri

                   Kişi ayaq saxladı.
                   – Hər şeyi yaxşı-yaxşı düşünüb-daşınmaq lazımdır. Erlinq
               mənimlə qalsa yaxşıdır. Oğlanın on beş yaşı olacaq.
                   Onun sözləri qadını yandırıb-yaxdı. Erlinq onun böyük
               oğlu, ilk övladıdır.
                   Artıq ikisi də susmuşdu. Neçə ildir birgə yaşadıqları otağa
               göz gəzdirirdilər. Otaq onlara yad gəlirdi, bütün gizlinlər üzə
               çıxdığı üçün sanki dəyişilmişdi.
                   Nə qədər ki gizlinlər üzə çıxmamışdı, onları bir-birinə
               bağlayan çox şey vardı. O cümlədən gündəlik məişət qay -
               ğılarının canlı toxuması.
                   Artıq bu toxumadan əsər-əlamət qalmamışdı. İndi onlar
               bir-birinin sinirlərindən yapışmışdılar. “Gerta skripkanın daşını
               atmalı olacaq” – qadının canına vicvicə düşdü. Ərinin əşyaları,
               pal-paltarı haqqında fikirləşməyə başladı. Onun paltarlarını
               vaxtaşırı yuyub-ütüləmək, səliqəyə salmaq lazım gələcək.
               Başqalarının nə vecinə? Başlarından eləyəcəklər… Erlinq
               haqqında fikirləşəndə bərkdən çığırmaq istədi.
                   “Artıq onu gəzməyə aparmaq mümkün olmayacaq, bunun
               üçün xeyli pul lazımdır.” Gözləri önündə uşaqların məyus sifəti
               canlandı.
         20        İkisi də özünü gücsüz, təklənmiş hiss edirdi. Qadın sanki
               birdən-birə ayılıb gördü ki, əri tamamilə dəyişilib – kişi olduqca
               yorğun görünürdü, elə bil göz önündəcə qocalmışdı. Beli daha
               da əyilmiş, baxışları ölgünləşmişdi. Şübhəsiz, bütün bunlar
               yekrəng, maraqsız həyatın qoyduğu izlər idi. Amma ona
               baxanda başqa şeylər də görürdü – qəribədir, bunu əvvəllər
               niyə sezməyib? Sən demə, bütün kişilərin içində həmişə
               qayğıya möhtac balaca bir oğlan uşağı yaşayır. Yadına düşdü
               ki, vaxtilə əri onun gözəl paltosuna və yaşıl şlyapasına bir ətək
               pul verib almışdı…
                   Otaqda sakitcə var-gəl eləyən kişi çevrilib arvadına ba -
               xanda ürəyindən xəfif bir gizilti keçdi – sanki qarşısında
               keçmişin canlı kölgəsi əyləşmişdi. Amma bu dəfə qadının
               görkəmi onda heç bir qıcıq doğurmadı, əksinə, ürəyində şəf -
   15   16   17   18   19   20   21   22   23   24   25