Page 25 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 25
Artur Omre
havası rütubət qoxuyan, həyətində uşaqların, qarıların
əlindən tərpənməyə yer olmayan darısqal bir otağa necə
sığışacağıq. Qorxuram, buna görə günlərin bir günü mənə
lənət oxuyub, adət elədiyin zəngin ata evinə qayıtmaq
fikrinə düşəsən.
– Heç utanmırsan?! – qız coşdu. – Deməli, sən məni
heç tanımırsan.
– Bir az gözlə, mən tezliklə çıxış yolu tapacam, mütləq
tapacam, – oğlan ona əminliklə söz verdi. – Bir az da döz.
– Yaxşı, mən dözərəm, – qız dedi. – Amma çalış, bu,
çox uzanmasın.
Vaxt gedir, ay ayı, il ili əvəz edirdi. Gənc oğlanla qız
hər həftənin dördüncü günü yenə həmin yerdə görüşür,
parkın xiyaban və cığırlarında gəzişir, axırda da yenə hərə
öz evinə qayıdırdı. Yavaş-yavaş qızın üzündə itaətkar bir
ifadə peyda olmağa başladı. Bir dəfə o, fikirki-fikirli dedi:
– Görünür, taleyim beləymiş.
Daha bir müddət keçdi və o, kədərli-kədərli gülüm-
sünüb, oğlana dedi:
– Bilirsən, Luis, belə getsə, tezliklə məni qarımış qız 25
adlan dıracaqlar...
Kişi qadının belini qucaqlayıb dedi:
– Əzizim, mənə elə gəlir ki, deyəsən, çıxış yolu tap -
mışam, pul qazanmağın yolunu artıq bilirəm.
– Ah, Luis, heç nəyi olmayana pul toplamaq üçün
həmişə vaxt lazımdır. Sənə demişəm axı, payıma düşəcək
gələcək mirasdan mən girov qoymaqla borc götürə
bilərəm. Düzdür, bu, çox da böyük məbləğ deyil, axı mən
ailə nin yeddi övladından ən kiçiyiyəm, atam isə daha
əvvəlki kimi varlı deyil. Amma bu məbləğ başlanğıc üçün
bizim ikimizə bəs eləyər.
– Yox, – kişi razılaşmadı. – Əvvəla, ona görə ki, onda
hamı səninlə puldan ötrü evləndiyimi düşünəcək, mənsə