Page 28 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 28
XX əsrin Norveç hekayələri
böyüdüyünü gördü. Cavan göyrüşlərin gövdəsi yoğun -
laşmış, yamacdakı qovaqlar isə iriləşmişdi. Son dəfə
görəndə bu qovaqların vur-tut iyirmi yaşı vardı. Dəyiş -
məyən yalnız qoca palıd idi – hər halda, ona belə gəldi.
Birdən hardansa balaca, qara bir it çıxıb kişinin üstünə
qaçdı, hirsli-hirsli hürməyə başladı. Skamyada oturmuş
yaşlı qadın iti səslədi, o da sahibinə tabe olub geri qayıtdı,
gedib skamyanın altındakı otluqda şöngüdü.
– Bob quduz deyil, sadəcə əylənir, – qadın dedi. –
Özünü elə göstərir ki, guya məni qoruyur.
Kişi skamyada oturub əlini qulağının ardına apardı;
qadın dediklərini daha bərkdən söyləməli oldu. Kişi heç
də pis eşitmədiyinə, sadəcə qulağının bir az ağırlaşdığına
qadını zor-xoş inandırmağa çalışdı.
– Sizə eşitmə cihazı lazımdır, – qadın ucadan bildirdi.
– Yox bir, – kişi mızıldandı. – Özümü gülünc yerinə
qoyum? Adamlar aydın və anlaşıqlı danışanda mən çox
yaxşı eşidirəm.
Qadın ona baxıb gülümsündü, dodağının altında nəsə
28 dedi. Artıq aralarında ünsiyyət yaranmışdı. Kişi əlini
qulağına tutur, qadın isə dediklərini təkrarlamalı olurdu.
Bu gözəl qadın kişinin xoşuna gəlirdi, hiss etmişdi ki,
onun xeyirxah və həssas qəlbi var. İkisi də yaşlı olduğun -
dan söhbətləri tutur, danışmağa nəsə bir söz tapırdılar. Kişi
bütün qocalar kimi tələsmədən, yerli-yataqlı danışırdı.
O, qadına öz cavanlığından, sevdiyi qızla hər həftənin
dördüncü günü bu parkda necə gəzib-dolaşdığından,
Ameri kadakı həyatından, uzun illər çəkdiyi ağır zəhmət -
dən gen-bol danışdı. Səfərdən qabaq qıza deyibmiş ki,
guya oradakı qohumunun yanında qazanclı iş tapıb, amma
bunu özündən uydurubmuş. Əslində, belə düşünmüşdü
ki, heç kəsin köməyi olmadan Amerikada özü pul qazan -