Page 30 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 30
XX əsrin Norveç hekayələri
– Luis, artıq gecdir. Biz oturub qalmışıq. Mən qabaqkı
illərdə olduğu kimi, buradan həmişə saat yeddinin
yarısında çıxıram. Evə getmək vaxtıdır.
– Hə, elədir? – kişi dedi, – park böyükdür.
Onun yuxusu gəlirdi, gözləri öz-özünə yumulurdu.
Qadın yenə təbəssümlə başını buladı, kişiyə yaxın
oturub qoluna girdi.
– Luis, – bərkdən dedi, – artıq gecdir, dur gedək evə,
adama bir fincan qəhvə içək. İndi sən mənim evimə rahat
gedə bilərsən. Otağım böyük deyil, amma mən orada tək
yaşayıram. Bir fincan qəhvə səni düzəldər.
Kişi mızıldandı:
– Hə, bir fincan qəhvə, həqiqətən, pis olmazdı, uzun
yoldan sonra yaman yorulmuşam.
O, başını qadının çiyninə söykəyib yenə mürgüləməyə
başladı.
– Qulaq as, Luis, – qadın dedi. – İnnən belə biz bir
yerdə yaşamalıyıq, sən necə fikirləşirsən?
– Nə demək istədiyini yaxşı başa düşürəm, – kişi
30 mürgü içində mızıldandı. – Amma yaxşısı budur, sən varlı
bir adaxlıya ərə gedəsən, axı onlar milçək şirəyə yığışan
kimi sənin ətrafında fırlanırlar. Ah...
Qadın əliylə kişinin ağzını qapayıb, yanağından öpdü
və qolunu boynuna dolayıb, onun oyanmağını gözlədi.
Sonra isə danışmağa başladı.