Page 21 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 21

Kora Sandel

          qət hissi baş qaldırdı. Fikirləşdi ki, arvadı həmişə ona dəstək
          olub, bütün çətinliklərə sinə gərib, heç vaxt onu tək qoymayıb.
             Birdən-birə qadının saçlarını oxşamaq, haçansa etdiyi
          kimi, başını onun çiyninə qoymaq keçdi ürəyindən. Ona elə
          gəldi ki, belə eləsə, bütün anlaşılmazlıqlar və ağrı-acılar tüstü-
          duman kimi çəkilib gedəcək, hər şey qaydasına düşəcək.
          Əvvəlki vaxtlarda olduğu kimi, çənəsindən tutub üzünü onun
          üzünə yaxınlaşdırmaq, öpüb ağuşuna almaq istədi.
             Yuxarıda çarpayının cırıltısı eşidildi.
             Qəfildən baxışları toqquşdu. İkisinin də baxışında tənhalıq
          və əlacsızlıq ifadəsi vardı. Bilmirdilər bu vəziyyətdən necə
          çıxsınlar. Onlar öz hisslərini bir-birindən gizlətməyə, susmağa,
          ağır sözlər deməyə, soyuq, istehzalı səslə danışmağa alışmış -
          dılar, bir-birini başa düşməyə, hisslərini açıq dilə gətirməyə
          yox.
             – Nə isə, – kişi qəzeti qatlayıb dedi. – Deməli, danışdıq.
          Dediyim kimi, günü sabah… Bu gün divanda yatacağam…
             – Necə istərsən, – qadın ifadəsiz səslə cavab verdi.
             Bir anlığa baxışları yenidən toqquşdu – bu baxışlarda
          qorxu və pərtlik ifadəsi vardı.
                                                                   21
   16   17   18   19   20   21   22   23   24   25   26