Page 16 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 16

XX əsrin Norveç hekayələri

               vardı. Amma o, qara dovşan dərisindən yaxalıq istəyirdi.
               Gözəlliyinə görə yox, sadəcə ona görə ki, onu almaq mümkün
               idi, bunun üçün çox da böyük vəsait tələb olunmurdu. Ona,
               doğrudan da, yaxalıq lazım idi, qışda həmişə boynu üşüyürdü,
               özünü soyuqda titrəyən zavallı, miskin adam kimi hiss edirdi.
               Pula bir az da qənaət etsəydi, yaxalığı ala bilərdi. Bir dəfə
               dükanın yanından keçəndə vitrini ərinə göstərdi. Amma o, heç
               nə anlamadı, ya da anlamaq istəmədi. İllər keçdi, o, hələ də
               yaxalıqsız gəzirdi.
                   Cah-calal! Sanki ləl-cəvahirat və ya Paris xanımlarının gey-
               diyi paltarlardan danışır! Doğrudur, vaxt vardı, hər dəfə
               toylarının ildönümü gələndə, ya da elə-belə, pilləkəndə ərinin
               addım səslərini eşidəndə uşaq kimi həyəcanlanır, sevincindən
               yerə-göyə sığmırdı. Bilirdi ki, əri yenə nəsə fikirləşib: ona ya
               gül, ya kitab, ya da nəsə ucuz bəzək-düzək əşyası – sancaq,
               yaxud üzük alıb. Onda əri düşüncəsiz, yüngül görünməkdən
               qorxmurdu. Düzdür, özünü uşaq kimi aparırdı, amma bu,
               qadının xoşuna gəlirdi.
                   O vaxtlar onun özü də ərinin könlünü xoş eləmək üçün
               nəsə fikirləşib tapmağa, kiçik sürprizlər etməyə çalışırdı.
               Amma bütün bunlar artıq arxada qalmışdı. Boşa çıxan ümidlər,
         16    illərlə davam edən məyusluqlar ürəyinə bıçaq kimi saplan -
               mışdı. Gözləməyi yadırğayana kimi illər keçdi. Bu qədər
               vaxtdan sonra, adi günlərin birində, birdən-birə əri ona kaktus
               gətirmişdi. Qadın o qədər şaşırmışdı ki, deməyə söz tapmırdı.
                   Cah-calal! Ola bilər. Amma kasıb adamlar üçün mümkün
               olan formada. Bir az romantika, azacıq hörmət. Bunun üçün
               qızıl mədəninə sahib olmaq lazım deyil. Hələ nişanlı olduğu
               vaxtlarda ona elə gəlirdi ki, oğlan utancaq, hisslərini gizlədən,
               necə deyərlər, dili qarnında olan adamdır. Fikirləşirdi ki, vaxt
               keçdikcə açılışacaq, bir-birinə isinişəcəklər. Amma bu, baş
               vermədi.
                   Heç olmasa – “Çox istərdim ki, sənin də filan-filan şeylərin
               olsun!” desəydi, yenə dərd yarıydı. Vəssalam, onda qa dın da
               iztirab çəkməzdi. Heç olmasa, dilindən “Əzizim, sev gilim!”
   11   12   13   14   15   16   17   18   19   20   21