Page 13 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 13

Kora Sandel

             Kişi ağıllı-tədbirli adam kimi soyuqqanlı davranmağa
          çalışır, bu cür tikanlı cavablara məhəl qoymurdu. Amma artıq
          ürəyini boşaltmağın vaxtı çatmışdı. Hər şeyin bir həddi-hü-
          dudu var, kişinin də səbri tükənə bilər.
             – Yeri gəlmişkən, sən tez-tez gileylənirsən, lap dəymə -
          düşər olmusan, – o, hirslə sözə başladı, – bilmək istəyirəm,
          bunun arxasında nə dayanır. Məni nədə günahlandırırsan?
          Səni hər şeylə təmin etmişəm, nəyin çatmır axı?
             – Yeməyi və mənzili nəzərdə tutursansa, hə, elədir.
             Hə, o məhz yeməyi və mənzili nəzərdə tuturdu. Onun
          borcu arvadını yemək-içməklə və mənzillə təmin etmək idi.
          Əlbəttə, imkan daxilində. Arvadının normal yaşayışını təmin
          etmək üçün dəridən-qabıqdan çıxırdı. Hədiyyə? Səhərdən-
          axşamacan işləyib, bir parça çörəyi zorla qazanırsansa, nə
          hədiyyəbazlıqdır? Yox, yalnız qadınlar belə danışa bilər! Bax
          bu gün ona kaktus gətirib – lazımsız bitkidir, belə şeylərə pul
          xərcləməyə dəyərmi?
             – Bəs sənə aldığım paltarlar? Buna nə deyirsən?
             – Yalnız ən zəruri şeyləri almısan da! Minimum, başqa heç
          nə.
             Aha, axır ki, qadın öz neştərini onun bədəninə yeridə bildi.
          Neştər lap dərinə işlədi. Onu çıxartmaq asan deyil – arvadı  13
          onun yaralı yerinə toxunmuşdu.
             Kişi astadan, lap yavaşcadan söyüş söydü, stulu qaldırıb
          hirslə yerinə qoydu, bir sözlə, arvadını başa salmağa çalışdı ki,
          əgər kişi olmasaydı və özünü ələ almağı bacarmasaydı, ona
          gününü göstərərdi.
             Qadın isə özünü neştərli məxluqlar kimi aparırdı: iynəsini
          batırandan sonra birdən-birə acizləşmiş, fağır görkəm almışdı;
          rabitəsiz, mənasız sözlər danışırdı. Gərginlik artırdı.
             Qadın təlaş içində xırdalıqların arxasındakı böyük şeylər -
          dən yapışmağa, fikrini doğru-dürüst çatdırmaq üçün lazımi
          sözlər fikirləşib tapmağa çalışırdı. Nəhayət, kor-koranə,
          yaddaşından nəsə tapıb, bəxtə-bəxt ərinə sarı tolazladı.
             – Şlyapa! – qışqırdı. – Yaşıl şlyapa! Dörd ildir bu şlyapanı
          qoyuram. Hələ qış paltosunu demirəm! Altı ildir bu paltonu
   8   9   10   11   12   13   14   15   16   17   18