Page 39 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 39
Tarey Vesos
– Tabutun pulunu əlbəttə ki, ödəyəcəksən, – davam elədi. –
Amma bir halda ki daha evin yiyəsi sənsən, çətin günlərin hələ
qabaqdadı.
Evin yiyəsi. Bu söz ürəyindən daş kimi sallandı.
– Deyəsən, səni əsməcə tutub? – qoca soruşdu.
– Yox, siz nə danışırsız? – Nils cavab verdi.
Evin yiyəsi. Günlər sırayla gözünün qabağına düzüldü.
Sümükləri qırılanacan işləməliydi. Yüzlərlə irili-xırdalı xərclər,
özü də pul istəməyə bir kimsə yox. İndi başını saxla görüm,
necə saxlayırsan. Hər şeyin başını-ayağını necə yığasan ki,
kasıb torpaq ailəni dolandıra bilsin. Nils hər şeyi xırdalığına
qədər gözünün qabağına gətirdi. O, hələ uşaqlıqdan belə
şeylərə göz yetirərdi, söhbətlərə qulaq kəsilərdi... İş-gücdən
başı heç də böyüklərdən pis çıxmırdı. Amma o vaxtlar yükün
bütün ağırlığı başqasının çiynindəydi. İndi burada sınıq
onurğayla uzanan həmin o adamın çiynində. İndi daha o, onlar
üçün pul qazana bilməz. İndi bütün ağırlıq Nilsin çiynindədi.
Elə bu da ev yiyəsi olmaq deməkdi.
– Amma yox, səni, doğrudan da, əsməcə tutub, – qoca
dedi. – Niyə, nə səbəbə? Hər şey yoluna düşəcək. Sən nə
birincisən, nə də sonuncu. Gedək sənə yemək verim. Avto-
busun gəlməyinə hələ çox var. 39
Onlar içəri keçəndə ev sahibəsi stulda əyləşmişdi. Nils
gördü ki, qadın süfrəyə ən ləziz yeməklərini düzüb. Otaqda
ondan başqa adam yox idi.
– Əyləş.
O, yuxudakı kimi oturdu. Səhərdən bəri başında aləm bir-
birinə qarışmışdı.
Ev yiyələri oturub əllərini dizləri üstə qoymuşdular.
– Ye, – böyük otağın qarşılarında uzanan boşluğuna baxa-
baxa onu qonaq eləyirdilər. Saatın çıqqıltısı eşidilirdi. Nils
yeyirdi.
– Çox sağ olun.
O xudahafizləşdi.
Arabaçı möhkəm, ləngərli, səbirli atını tərpədib arxasın -
dakı arabadakı tabutla yola çıxardı. Yol lap yaxındaydı.