Page 44 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 44

XX əsrin Norveç hekayələri

                   İndi mən də işlə o qədər yüklənəcəm ki, baş qaşımağa da
               vaxtım olmayacaq. Nils fikrə getmişdi.
                   Avtobus təzədən dayandı. Bu dəfə bazar meydanında. Av-
               tobusun yanından ləng yerişli, biganə baxışlı adamlar
               keçirdilər. İçəridə uzun tabutu, onun keşikçisini görəndə
               sözlərini yarımçıq saxlayıb susurdular. Hörmətlərini ifadə
               edirdilər. Və bu, Nilsin canına yağ kimi yayılırdı.
                   Ötüb geridə qoyduğu hər kənddən güc alırdı. Elə bil yol
               gedə-gedə canı cücərib yetişirdi. Bir kənddən o birinə
               çatanacan gözünü tabutdan çəkmirdi. İndi o daha bu tabutdan
               səhərki kimi qorxmurdu. Nils bir şeyi yəqin eləmişdi: ağlamağa
               vaxtı olmayacaq. Bəlkə, o, elə hər şeyin öhdəsindən gələ
               biləcəkdi. Qəflətən özünü inadkar bir ağac qələmi kimi gördü.
               Bu qələm torpaqda özünə əməlli-başlı yer eləmişdi. Bun dan
               sonra sınıq-salxaq, çirk içində olan bu avtobus onun
               məbədidir. Onu uşaqlıqdan böyüklüyə adladan məbəd. Bu
               şüşələr ona ən dəbdəbəli sarayların pəncərələrini xatırla -
               dacaq.
                   Evə!
                   Qarşıya çıxan kənddə də iş qaynayırdı. Atlar. Buğda tor -
               baları. Güc son həddədi. Avtobusun yanından, zəmi tərəfdən
         44    atlar ləngər vura-vura keçirlər. Öz həyətindən gözünü çək -
               məyən bir kişi arabada oturub. Axşam düşür.
                   Bütün bunlar hamısı Nilsdə bir həyəcan yaradır. Xeyr, onu
               qorxutmur. Axı indi onu heç keşiyini çəkdiyi tabut da qorxut-
               mur. Avtobus kəndləri bir-bir arxada qoyur. Deməli, indi içində
               atasının meyiti olan tabut da kənd-kənd yol gəlir və arxasınca
               ancaq xoş izlər saxlayır.
                   Belə dayanacaqlardan birində Nils çay tərəfdən hay-küy,
               balta səsi eşitdi. Atası da belə işləyirdi. O, güclü və iradəli adam
               idi. Onun yerini tutana çox çətin olacaq. Buna şübhə olmasın.
                   Avtobus son dayanacağa yetişdi. Burada, yolayrıcında Nils
               istiqaməti dəyişməliydi. Səhər ona lazım olan tərəfə başqa av-
               tobus gedəcəkdi.
                   Nils düşdü. Sifəti hələ də yanırdı. Bikar sürücülər, az qala,
               qaça-qaça tabutu avtobusdan çıxarıb, boş qaraja apardılar.
   39   40   41   42   43   44   45   46   47   48   49