Page 49 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 49
Tarey Vesos
Anası qabağına yeridi. Bir dəri, bir sümük olan bu qadının
rəngi tamam ağarmışdı.
– Gəldin?!. – birtəhər dilləndi.
Nils, güclə də olsa, özünü toxtatmaq istəyirdi. Yolyoldaşları
öz işlərindəydilər. Bir kəlmə də artıq söz deməyib tabutu
çıxardılar, çiyinlərinə alıb samanlığa tərəf apardılar. Nilsin heç
nədən xəbəri olmadı. O, tabutun ardınca gəlib səsi titrəyə-
titrəyə anasına səfərindən danışırdı, karıxıb-qalmış, qorxmuş,
səsi alınmış bacı-qardaşları bir az aralıda gəzişirdi. Hələ ki,
özlərini saxlaya bilirdilər, amma hiss olunurdu ki, dolublar,
indicə hönkürəcəklər. Onlara baxmaq dəhşətli idi. İçərilərində
qalıb boğulan hönkürtü səsindən qulaq tutulurdu.
– Əkinlə necə olacaq?.. – anası soruşdu.
Və bir dəqiqə sonra yenə soruşdu:
– Əkinlə necə olacaq, hə?..
Kişilər tabutu samanlıq tərəfə aparıb döndülər ki, geri
qayıdalar. Elə bil yetim qalmış bu evdə bir az artıq dayanmağa
səbirləri çatmadı.
Nils onların qabağına gəlib təşəkkür elədi.
İndi buranın sahibi odu, ona görə də hamının əvəzinə
danışmalıdı.
– Nə böyük iş olub ki, borcumuzdu, – tələsik cavab ver - 49
dilər, elə bil qorxurdular ki, onları burada saxlayarlar.
Vidalaşdılar.
Belə hadisələrdə bir kəs də lazım olandan artıq gözləmir.
Amma Nils tələsmirdi, çünki getməyə yeri yox idi. Heç özü
də hiss eləmədi ki, həmin adamların yolunu kəsib. Onlar onun
sağından, solundan ötüb-keçdilər. Yeyin addımlarla avtobusa
çatıb içəri keçdilər və getdilər. Budu, daha iz-tozları da
qalmayıb. Deməli, daha kimdənsə kömək gözləyə bilməz.
Ana əlində açacağı hazır saxlayıb samanlığın girəcəyində
dayanmışdı.
– Bura gəlin! – çağırdı.
Yaxın gəldilər. Qarşılarında dağ kimi ucalan tabutun yan-
yörəsində dayandılar. Nils taxta qapağın şuruplarını fırladıb