Page 52 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 52

XX əsrin Norveç hekayələri



                                       Nağıl


                        eşə kənarındakı evindən azca aralıda daşı altına
                   Mçəkib oturan qoca sentyabr günəşinin istisində
               qızına-qızına şalvarının cırığından çıxan arıq dizlərinə baxırdı.
               Əslində, baxmaq istəmirdi, amma gözləri sözünə baxmırdı.
                   Ürəyindən keçirdi, desin:
                   – Yox, bu, mənim dizlərim deyil...
                   Amma dizlər özününkü idi. Və baxırdı görsün, əsmir ki.
               Fikrində ancaq bu idi. Yox.
                   Hələ ki, əsmir.
                   Amma az qalıb... Bəlkə də, vaxtıdı. Ola bilsin, bir ildən
               sonra. Onda hər şey bitdi. Yazıya pozu yoxdu.
                   Bu fikirlərdən gün işığı da qocanın gözünə tutqun görün -
               dü. Elə bil apaydın günün qabağına kölgədən pərdə çəkdilər.
                   Daha bəsdi.
                   Bezdim.
                   Elə bil başqa dərdim yoxdu.
                   Ayağa qalxdı.
                   Arıq dizləri şalvarın içində gizləndi. İndi belini dikəldib
         52
               dayanan bu qocanı illər o qədər də köhnəltməmişdi, canı hələ
               suluydu. O, burada gözə dəyən hər daşla, hər otla böyür-
               böyürə yaşamışdı və bütün canıyla özünü təbiətin bir parçası
               kimi hiss eləmişdi.
                   Saralmış ağcaqovaqlar, çinarlar, sarımtıl otlar – hamısında
               bir qəribə işartı var. Payızın bu vədəsində yarpaqlar qızılı rəngə
               çalır. Qarşısında dayandığı evində o, ömrü boyu dinclik nə
               olduğunu bilməmişdi, amma daha haçandı ki, əlini o evin də
               üstündən çəkmişdi.
                   Bunlar hamısı mənim idi.
                   Hərdən deyərdim: Bu gün bu ağcaqovağı baltalayacağıq.
               Xeyli odun çıxacaq.
                   Elə həmin gün ağcaqovaq yerə gəlməliydi.
                   Yan-yörəsinə baxıb düşüncələrinin ardını gətirdi.
   47   48   49   50   51   52   53   54   55   56   57