Page 50 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 50
XX əsrin Norveç hekayələri
açdı. Şükür ki, bu axır günlərdə çəkdiyi zülmün sonu yaxınlaşır.
Amma bu günlər onun üçün havayı ötüşmədi. O, həmin
günlərin canından çox şey çəkib çıxardı. Özü üçün həqiqətin
nə olduğunu aydınlaşdıra bildi.
Qapağı açdılar. Hamının içində elə bil nəsə qırıldı. Diz üstə
düşdülər. Ağızları açıq qalan balacalar qəflətən zəhlətökən,
qulaqbatıran səslə çığırışdılar. Yox, indi ağlamaq olmaz.
– Sakit! Bəsdi!
Uşaqlar susdular.
Tabutun qapağı yerdəydi.
– Gəlin örtək, – ana astaca dilləndi. Ataya baxmaq ana
üçün çox ağır idi. Nils bu ağrını onun səsindən hiss elədi.
Qapağı örtdülər. Və təzədən onlara dağ boyda görünən tabu-
tun ətəyində diz çökdülər. Onlar hər şeyi unudub beləcə yerə
çökmüşdülər. Dəqiqələr ötüşürdü.
Amma budu, hansının hansısa bir hərəkətindən hamısının
elə bil donu açıldı. Heyrətlə bir-birlərinə baxdılar.
Nəsə dəyişmişdi.
Bu, Nils idi, yerdən qalxırdı. Ayağı torpağa hələ o qədər
pərçimlənməsə də, özü göyə boy verirdi. Və onlar ona
aşağıdan-yuxarı baxırdılar. Nils onlar üçün bir nəhəng dayaq
50 idi. O, onların – samanlıqda diz üstə düşüb qalanların içindən
qalxmış, dağ kimi ucalmışdı. Və onların gözləri qabağındaca
elə hey böyüyürdü.
Nils içində baş verənlərə qulaq asırdı. Canında nəsə dəyib-
yetişirdi. Artıq neçənci dəfəydi ki, böyüyürdü. Axır ki, bu
qarışıqlıq bütövləşirdi. Bu səfəri onu bir bəladan o birinə atdı.
Tamam başını itirdi. Onunla nə desən eləmək olardı. Top kimi
oynatdılar. Doğrudanmı hamı bu yolu keçməlidi? Özündən
soruşurdu. Amma daha hər şey geridə qalıb. İndi bu bəd -
bəxtlərə yiyə durmağa, onların həyatlarına söykənəcək ol -
mağa gücü var. Bu güc köməyinə vaxtında gəlib çatdı. Bu dəfə
özünü Fetin torpaqlarıyla addımlayan gördü və başa düşdü ki,
onu da ölümsüzlük gözləyir. Axı onun da alnına zəhmət adamı
olmaq yazılmışdı.