Page 46 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 46

XX əsrin Norveç hekayələri

                   Susuram.
                   Çarx hələ də öz işindəydi. Elə hey fırlanırdı. Ondan
               yayınmaq üçün Nils düşüncələrinin istiqamətini dəyişmək
               istədi. Bu dəfə gözü qarşısında birazdan görəcəyi mənzərə
               canlandı. Qızların bədənləri, başqa görüntülər bir-birini əvəz
               eləyirdi. Hələ sonacan dərk eləyə bilmədiyi bu mənzərə onu
               həm qorxudurdu, həm də özünə çəkirdi. Amma bu gecə
               altında qaldığı çarx hər şeyi külə döndərirdi. Və bundan xilas
               yox idi. Gözü qarşısında alov qalxdı: bax!
                   Evlərini dörd bir tərəfdən dövrəyə alan qırmızımtıl-
               qəhvəyi torpaqlar od içində idi. Günəş odu yerə yağdırırdı və
               atası o günəşin şüaları altında bu torpağı qazırdı. O ölməmişdi,
               çünki əbədi idi.
                   Görürsən?..
                   Görürəm. İtaətlə cavab verdi.
                   Səhər çölə çıxanda avtobus artıq dayanacaqda dayan -
               mışdı. Tabut da yük yerindəydi. Yan-yörədə maşını yola salan
               sürücülər gəzişirdi. Bu yolayrıcı özündə xeyli yolu birləşdirirdi.
               Ona görə də burada adam, avtobus əlindən tərpənmək
               mümkün deyildi. Adamlar ona fikir verməsələr də, Nils onların
               xeyirxahlığının bir də şahidi oldu. Dünən axşam düşürdükləri
         46    kimi, ağır tabutu qaldırıb təzədən avtobusa qoymuşdular.
                   Nilsin deməyə sözü yox idi. Bu gün o, tamam süstləşmişdi.
                   Adamlarla birgə yük yerinə qalxdı. Avtobus ağzınacan
               doluydu, arxada Nilsdən savayı, beş adam oturdu. Onlar
               səssizcə qalxıb yerlərini tutdular. Birinin də üzü gülmürdü.
               Söhbət edən yox idi, təkcə hərdən-hərdən öskürür, bir-iki
               cümləylə bir-birlərindən nəsə soruşurdular.
                   Nils oturub baxışlarını yerə dikmişdi. Doğrudanmı cəmi bir
               gecədə hər şey bu qədər dəyişmişdi? Bəlkə, elə səbəb ancaq
               özündəydi? Bu gün tabutdan da ölüm havası vururdu, adamın
               tükü ürpəşirdi. Nils özünü yiyəsiz it kimi hiss elədi. Daha ona
               hörmətini nümayiş etdirən də yox idi.
                   Gözünü yerdən çəkəndə də adamlara yox, açıq qapıya
               baxdı. Gördükləri elə dünənkiləriydi: boyaboy uzanan zəmi -
   41   42   43   44   45   46   47   48   49   50   51