Page 45 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 45

Tarey Vesos

          Niyə mənə kömək eləyirsiz? Nils bunu soruşmaqdan özünü
          zorla saxlayırdı. Lal-dinməz dayanıb onların tabutu necə düşür -
          düklərinə tamaşa eləyirdi.
             Öz işlərini görüb getdilər.
             Mən kiməm axı?
             Bu gün də belə keçdi.
             Nils gecələməyə yer tapa bildi.
             Gecəni narahat keçirdi.
             Bir fikir onu rahat buraxmırdı: gör mən necə əskik ada -
          mam ki, hamının köməyini qəbul eləyirəm.
             Öz acizliyindən utanıb yumaq kimi büzüşdü.
             Mən tamam acizəm, dəhşət içindəyəm. Ona görə də
          adamlar mənə rəhmlə baxanda, hörmət göstərəndə, kömək
          eləyəndə azca yüngülləşirəm.
             O, ürəyində Tanrıya yalvara-yalvara ayaqları altında özünə
          dayaq gəzirdi. Amma xeyri yox idi, dünən haradasa mövcud -
          luğunu hiss elədiyi həmin dayağı indi itirmişdi.
             Dünən büsbütün yalanmış.
             Dünən sən öz-özünü aldatmısan...
             Sən özgəninkini öz adına çıxmısan. Ölənin haqqına
          yiyələnmisən.
             Sevinirdin ki, onun meyitini aparırsan.               45
             Sən atalıq yükünü təmiz ürəklə çiyninə almamısan.
             Özünü nə sayırsan?
             Ona elə gəldi ki, ağır çarxlar üstündən keçib bədənini
          xıncım-xıncım eləyir, dünən axşamdan öz aləmində qurub-
          yaratdığı xülyaların hamısını külə döndərir. Bir gör nəylə fəxr
          edirmiş, nəylə hamının canına qorxu toxumu səpib hörmət
          qazanırmış. Nədi, nədi, atasının tabutunu aparır.
             Adam həqiqəti yalnız gecələr etiraf edir.
             Nils heysiz-hərəkətsiz uzanmışdı, canında təpər deyilən
          şeydən əsər-əlamət belə yox idi. Zərbə zərbə dalınca gəlirdi.
             Amma mənim axı cəmi on altı yaşım var. Özünə bəraət
          qazandırmaq istədi.
             Sus!
   40   41   42   43   44   45   46   47   48   49   50