Page 40 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 40
XX əsrin Norveç hekayələri
– Tabut daşıdığım birinci dəfə deyil, – arabaçı dilləndi.
– Nə?
– Atı deyirəm. Bizim bu tərəflərdə axır vaxtlar nəsə ölən
çoxdu. Elə həmin o ev sahiblərinin üç oğlu ölüb.
Nilsin elə bil yumruqla döşünə vurdular.
– Vay yazıqlar, – yorğa yerişli ata baxa-baxa dilləndi.
Sonra qonaq olduğu evə baxdı. Amma orada heç nə
ölümdən, dəfndən, övlad itkisindən xəbər vermirdi. Geniş,
etibarlı bir ev idi. Amma hər halda, buranın da dərd-azarı
Fetdən az deyildi. Avtobus gəlib çıxdı. Tabutu arxaya, yük
yerinə qoydular. Nils də özünə orada yer eləməliydi. Avtobus
artıq tamam dolmuşdu, yüklər yerləşən tərəfdə də bir oğlan
oturmuşdu. Tabut ayağına toxunanda dik atıldı. İndi burada,
yüklərdən əmələ gələn darısqallıqda tabut çox uzun, həm də
daha ağ görünürdü.
Tabutun ardınca Nils də avtobusa qalxdı.
– Günaydın, – çəkinə-çəkinə salamlaşdı.
– Günaydın, – oğlan nəzakətlə, həm də həyəcanlı səslə
salamı aldı.
Sürücü qaza basdı.
40 Oğlanlar oğrun-oğrun bir-birlərinə baxdılar. Amma xarici
görkəmindən adamı tanımaqmı olar? Nils ancaq onu sezdi ki,
yolyoldaşı boyca da, yaşca da ondan böyükdü. Onlar uzun
tabutun o üz-bu üzündəki torbayla yeşiyin üstündə oturmuş -
dular. Avtobus çala-çuxura düşəndə yüklər tərpənirdi. Mühər -
rik uğuldayırdı.
Oğlan tabutda nə olduğunu bilmək üçün yaman darıxırdı.
Bəlkə, heç qorxmalı bir şey yoxdu, bəlkə, elə tabut boşdu...
– Orada kimsə var? – qəribə bir laqeydliklə soruşdu.
Məgər bayaq tabutu necə çətinliklə bura qaldırmağımızı
görməyib?
– Atamdı, – Nils cavab verdi.
Özü də bilmədən bu sözü fəxrlə dedi. Xəcalətdən Nilsi isti
basdı. Sifətinin ifadəsi içindəkiləri üzə çıxardı. Ürəyinin ən