Page 41 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 41
Tarey Vesos
dərin qatında gizlədiyi və onu vahimədə saxlayan məhrəm bir
sirrini açdı. Tez ol, tez bu söhbəti dəyişdir, gizlə, kilidlə...
Amma o cavan oğlan, görünür, bir şey hiss eləmədi. Bircə
tabutun boş olmadığını biləndə tamam büzüşüb qaldı. Nilsə
qarşı hörməti baxışlarından duyuldu.
– Yazıq, – uşaq kimi dedi.
Nilsin ürəyinə bir toxtaqlıq gəldi. Elə bil kiminsə əlləri ona
sarı uzandı. Və bu əllər onu döymürdü, hədələmirdi, xirtdə -
yindən yapışmırdı, əvəzində ona sinədolusu nəfəs verirdi.
Nils oturduğu yerdən başını qaldırmırdı. Çünki bütün yol-
boyu özündə yolyoldaşının baxışlarını hiss eləyirdi. Niyə elə
baxır? Qabaqda adamlar deyib-gülürdülər. Mühərrik gurul -
dayırdı. Tabut azca tərpənirdi. Avtobus dağa qalxanda ben-
zinin arxadan dumanı topalanırdı. Pəncərənin o üzündə günəş
parlayırdı və axan çay ipə-sapa yatmırdı. Mühərrikin gurultusu
çayın hay-küyünü batırsa da, suyun günəşin altında necə
işardığı, necə oynadığı aydın görünürdü.
Nils başını qaldırıb pəncərədən çölə baxmağa başladı.
Amma öz aləmindəydi. Onun atası ölüb. Tabut aparır. Bu
tabutu evə – bundan sonra onun ixtiyarına qalan evə aparır.
Həyatında hər şey tamam dəyişib.
O daha böyüyüb. 41
Tabutun o üzündəki oğlan yaşca ondan böyük olsa da, nə
faydası? Oğlan bayaqdan özünü Nilsin qabağında uşaq kimi
aparır, ona tabe olmağa hazırdı.
Artıq böyüyən Nils özünü ona göstərmək istədi.
– Bəs sənin atan necə, sağdımı? – soruşdu.
– Hə, – oğlan cavab verdi.
– Olmaya, mənə paxıllığın tutur, hə? – Nils soruşdu və
dərhal da bu sözlərinə görə heyifsiləndi. Çünki lap uşaq kimi
danışdı. Amma o daha uşaq deyil. Həm də bu sözlər o cavan
oğlanın itaətini artırmadı, əksinə, onun dodaqlarında kinayəli
bir təbəssüm yarandı.
– Ay səfeh! – hirslə mızıldandı.
Nils lap astadan ufuldadı. Hər şeyi özü korladı. Yox! Dərhal
da özünü toplayıb düşündü ki, heç nəyi korlamayıb.