Page 47 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 47

Tarey Vesos

          lərdə iş gedirdi. Qəsəbələr və kəndlər bir-birinə oxşamasa da,
          hər yerdə eyni işlə məşğul olan insanlar bir-birinə oxşayırdı.
          Qan-tər içində əkib-becərirdilər. Və bu ağır, lənətə gəlmiş
          işlərinin eyni barını görəcəkdilər. Nils burada hər şeyə yiyəsiz
          itin gözləriylə baxırdı və bu mənzərənin sonunda gözünə işıq
          dəymirdi.
             Yolun o başında bir nəfər əlini qaldırıb dayanmışdı. Avto-
          bus saxladı. Həmin adam yük yerinə baxanda tabutu gördü.
          Və ölümün qarşısında donub-qaldı. Sonra içəri keçdi. Öskürdü.
          Amma bir söz demədi. Avtobus yoluna davam elədi.
             Sükutu pozan ancaq mühərrikin səsiydi.
             – Ey, cavan oğlan, – axır ki, kimsə onu çağırdı. Səsi lap as-
          tadan gəldi, elə bil avtobusda ikisindən başqa adam yox idi.
             Nils diksindi. Küncdə başqa bir oğlan otursa da, qəti
          şübhəsi yox idi ki, bu səs ona ünvanlanıb. Həmin adama baxdı.
          Mehriban gözlər, xoş sifət.
             – Nədi? – Nils soruşdu. Çünki onu haylayan adam susurdu.
             – Hər şey qaydasına düşəcək, – həmin adam elə bunu dedi
          və başını tərpətdi.
             Ardınca yük yerində olanların hamısı, hətta o oğlan da
          başını tərpətdi, kimsə indicə deyiləni təkrarladı:
             – Əlbəttə, hər şey qaydasına düşəcək.                 47
             Bu sözü biri diliylə, o biri başını tərpətməklə ifadə eləyirdi.
             Hamının ona yazığı gəlirdi.
             Gör nə günə qaldı. Düzdü, atasının meyiti uzadılan evin
          sahibi də ona eyni sözləri demişdi, amma orada hər şey
          tamam başqa cür idi. Orada onunla tay-tuş kimi danışırdılar.
          Amma buradakılar elə bil küçədə qalmışın birisiylə danışırlar,
          hansına inansın? Qəflətən başa düşdü ki, adama özünü necə
          aparmağına görə qiymət verirlər. Amma yenə də, görəsən,
          hansı doğruydu? O nə vaxt əsl özüydü? Özünü böyük kimi hiss
          elədiyi, hamıdan özünə qarşı hörmət tələb etdiyi dünənmi,
          yoxsa süstləşdiyi, əlləri yanına düşdüyü bu günmü?
             Nils yolyoldaşlarına nəsə demək gücündə deyildi. Yan-
          yörəsində oturanların ehtiramı ona yox, tabutda uzanan əsl
   42   43   44   45   46   47   48   49   50   51   52