Page 55 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 55

Tarey Vesos

          Siqridin sifətinin birdən-birə necə dəyişdiyini görüb günahkar-
          günahkar donub-qaldı.
             Qız hönkürtüylə özünü yerə yıxıb sifətini otların arasında
          gizlətdi.
             Xalvorla Onunn heykəl kimi donub-qalan Knutun üstünə
          atılıb onu yumruqlamağa başladılar. Cınqırları da çıxmırdı.
          Danışan ancaq əlləriydi. Elə ən pisi də bu idi. Knut qorxdu ki,
          bəs indicə onu öldürəcəklər. Var səsiylə bağırdı.
             Bu səs Siqridi də kiritdi, qız qorxa-qorxa başını qaldırdı.
             Azca o tərəfdə elə bil qəflətən yerin dibindən peyda olan
          bir kişi dayanmışdı.
             Onların arxasındakı meşədən kobud, qocalmış bir səs
          gəldi. Bu səs eynən pas atmış cəftə kimi cırıltılıydı:
             – Nə səs-küy salmısız? Orda nə olub?
             Səksəndilər.
             Oy!
             Qoca kişi.
             Ona nə lazımdı?
             Belini dikəldib əyri ayaqları üstə dayanan qocanın əlində
          çubuq var idi. Görkəmi yaman zəhmliydi. O, bir-bir uşaqları
          gözdən keçirib, nəhayət, baxışlarını Siqridin bulaşıq sifətində
          saxladı. Qız donunun ətəyi ilə sifətini sildi. O, yenə əvvəlki kimi  55
          nur saçdı. Oğlanlar bayaqdan bir-birlərini qonaq etdikləri
          yumruqların təsirindən hələ də ayılmamışdılar. Hamı qocaya
          baxırdı.
             O, heç vaxt onların sahələrində işləməmişdi, onlara nəsə
          bir yaxınlığı yoxuydu, eləcə qonşuydu, vəssalam. Amma indi
          qəflətən qarşılarında hakim qiyafəsində peyda olmuşdu. Elə
          onları əsəbiləşdirən də bu idi, həm də özlərini, doğrudan da,
          təqsirkar sayırdılar.
             – Heç nə olmayıb, – Onunn mızıldandı.
             Araya bir anlıq sükut çökdü. Oğlanlar qocanı heyrətlən -
          dirmək istədilər. Bir-birlərinə baxdılar və Xalvor ərklə dedi:
             – Biz sığını axtarırıq.
             – Bilirik, o, burdadı! – Knut ən məhrəm sirlərini bir andaca
          faş elədi.
   50   51   52   53   54   55   56   57   58   59   60