Page 58 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 58
XX əsrin Norveç hekayələri
– Siz gedin, gedin! – qoca həyəcanla dedi. – Mən yorul -
muşam. Dövrə vurub yanıma qayıdarsız, aydındı? İndi gedin.
Bu dəqiqə qocanın sifəti eləydi ki, bir sözünü iki eləmək
heç adamlıqdan deyildi. Qoy nə olur-olsun. Və oğlanlar yolu
tutub qaçdılar.
Amma ən maraqlısı Knutla Siqridin payına düşmüşdü.
Onlar bərk-bərk bir-birinin əlindən tutub asta-asta addımla -
yırdılar. Bayaqkı düşmənçilik tamam unudulmuşdu, əvəzində
onlarda bir-birinə qarşı doğma və məhrəm hisslər baş
qaldırmışdı. İstədikləri bircə şey bu qayanı ötüb-keçmək idi.
Yol bir elə uzun deyildi, amma hər halda...
Yolboyu ikisi də susmuşdu. Bir xeyli getmişdilər ki, qəflətən
gözləmədikləri oldu. Onların arxasından, kolluqlardan bir
qəribə səs gəldi və ardınca nəsə yanlarından ötüb-keçdi.
Siqridlə Knutun gördüyü ancaq nəyinsə kölgəsi idi. Budaqlar
tərpəndi. Və hər şey qeyb oldu. Təzədən hər tərəfi ölü sükut
aldı.
Xeyr, onlar qışqırmadılar. Əllərini sıxıb bir-birlərinə bax -
dılar. O idi! Budu, donları açıldı və onlar böyüklərin yanına
qaçdılar. Külək kimi qopub qaçdılar.
Külək kimi. Dayanmadan, səndirləmədən qayanın dövrə -
58 sinə fırlanırdılar.
Sonra Xalvorla Onunn qabaqlarını kəsdi.
– O burdadı! – qışqırdılar. – Biz onu gördük!
Knutla Siqrid hələ balacaydı, ona görə də böyüklər bu sözə
inanmadılar. Axı özlərinin rastına heç nə çıxmamışdı. Bunlar o
boyda sığını necə görə bilərdilər? Uzaqbaşı qabaqlarına dələ
çıxıb.
– Doğrudan? – Xalvorla Onunn inanmaq istəmədi. – Yəqin,
gördüyünüz dələ olub.
Knutla Siqrid susdu.
Balaca olmağın da bu işi var. Amma əgər onlar, doğrudan
da, sığını görüblərsə... Onlara qahmar çıxması üçün gözləriylə
qocanı axtarsalar da, tapa bilmədilər.
– O, çox böyük idi! – Bilirdilər ki, dedikləri həqiqətdi, ona
görə də gözləri dolmuşdu.