Page 62 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 62
XX əsrin Norveç hekayələri
həyəcanla səssizliyə qulaq kəsilmişdi. Elə bu vaxt kolluqlar səs-
küylə aralandı və sığın oxun yayı kimi çıxdı. O, doğrudan da,
möcüzələr möcüzəsiydi.
Uşaqlar çığırışdılar.
– Sığın!
– Düz üstümüzə gəlir!
– Məni yerdən qaldırın!
Gördükləri nə idi? Elə də qanıb-qandıra bilmədilər. Onları
elə bil nəsə özüylə çəkib göylərə apardı.
Amma qoca daha uşaqların qışqırığını eşitmirdi. O,
bütünlüklə yeniliyin müjdəsinin, selinin qızılı parıltısına diqqət
kəsilmişdi. Yarpaqların arasından axıb-süzülən bu işıq günəşin
elçisiydi. Bu gözqamaşdırıcı işıqla qocanın bu uzun ömürdə
itirdikləri bir-bir qayıdırdı: gücü, həyat eşqi, möcüzələrə inamı,
cavanlıq və yetkinlik təravəti... Hamısı bircə-bircə canına ho -
pur du. Qocanı dövrəyə alan uşaqlar öz ehtiraslarını ona da
yoluxdurmuşdular. Və indi bu ehtiras onun neçə illərdən bəri
işlənib köhnələn, genişlənmək qabiliyyətini itirən damarlarına
axıb-dolmuşdu. Və o nimdaş, o köhnə damarlar bu təzyiqə tab
gətirə bilmədi.
Və partladı. Köhnə tikişlər sökülüb açıldı. Bircə anlıq
62 parıltıyla hər şey qeyb oldu. Həmişəlik. Bədən uşaqların yolu -
nu kəsdi.
Uşaqlar qocadan elə möhkəm tutmuşdular ki, otluğa beşi
də qucaq-qucağa yıxıldı. Və sığın yanlarından ötüb-keçdi. Eləcə
ötüb-keçdi.