Page 60 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 60
XX əsrin Norveç hekayələri
Günəş işığı yarpaqların arasından axıb-süzülürdü. Amma
qoca nəsə görmürdü. Yaddaşı ancaq uzun ömrünü dənləməklə
məşğul idi. Bu ömürdə yaxşı nə vardısa, hamısını çalağan kimi
dartıb qoparmaq istəyirdi. Görən, həyatında yaxşı günlər
çoxmu olmuşdu? Hə, nəsə olmuşdu, amma öz həddində.
Elə bu vaxt uşaqlar gəlib çatdılar.
Qoca o qədər uşaqdan birinin də babası deyildi, amma
özündə onlara qarşı nəsə bir qan doğmalığı hiss eləyirdi.
Uşaqların addım səslərini eşitməyə bənd imiş kimi, canına
təpər gəldi. Hətta birtəhər dikəlib onları ayaq üstə qarşılamağa
da özündə güc tapdı. Uşaqların baxışlarından başa düşdü ki,
nəsə qeyri-adi bir hadisə baş verib.
Uşaqlar həyəcandan, az qala, boğulurdular.
– Biz onun peyinini gördük, – Onunn qısa dedi.
– Amma biz, amma biz! – Knutla Siqridin heyrətdən gözləri
böyümüşdü. – Biz onun özünü gördük!
Vəssalam. Amma bu, kifayət idi. Uşaqların bu həyəcanı elə
bil isti dalğa kimi onların arasında dayanan qocanı ağuşuna
almışdı.
Uşaqlar gözləyirdilər. Onlar qocanın duruxduğunu sez -
mişdilər.
60 – Tez gedək, – qocanı çağırdılar. İndi uşaqlar şənlənirdilər.
Qoca qorxunu uşaqların canından qovub çıxarmışdı. Onun
yanında olmaq necə də xoş idi.
– Gedək, – qocanı tələsdirdilər, – uzaqda deyil.
Bu sözlər qoca üçün məlhəm kimiydi. Bir anlığa da olsa,
dərd-səri, heysizliyi geri çəkildi. O, elə bil köhnəliyi özündən
çırpıb yeniləşdi, təzədən doğuldu.
Yarpaqların arasından axıb süzülən günəş şüaları indi onun
da gözünü qamaşdırırdı. İndi qoca da o uşaqlardan birinə
çevrilmişdi. Uşaqlar elə hay-küy salmışdılar ki, elə bil dünyanın
axırıydı.
– Gəlirəm, gəlirəm, – onların ardınca səndirləyə-səndir -
ləyə gələn qoca cavab verirdi.
Bəli, həmin o sığın, o möcüzələr möcüzəsi indi meşənin
harasındasa gizlənmişdi. Həmin o nağıl varlıq indi bu