Page 56 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 56
XX əsrin Norveç hekayələri
Qoca qəti heyrətlənmədi, ona öz sirlərini etibar etdiklərinə
görə razılıqla başını qaldırdı.
– Eləmi? – dilləndi. – Lap yaxşı.
Onlar azca karıxdılar.
– Bizimlə gedək! – söz Xalvorun ağzından nə təhər çıxdısa,
özü də çaşıb qaldı.
– Məgər harasa getməliyik? – qoca soruşdu.
Məsələ get-gedə qəlizləşirdi.
Sığın...
İndi göbələkləri də, davanı da yaddan çıxaran bu dörd
uşağın yeganə ümid yeri bu qoca idi. Onlar üçün nağılı yalnız
o – əldən düşmüş, gücü tükənmiş bu qoca dirildə bilərdi. Bu
qoca meşənin qapılarını taybatay açıb, bataqlıqların arasında
həmin o sirli sığını mütləq tapıb onlara verəcəkdi.
Qəribəydi, elə bil uşaqlar tərəfdən qocanı nəsə gözəgö -
rünməz bir dalğa vururdu. Əvvəlcə bu dalğalar ona bekara to -
xu nurdu, amma sonra qocanı ağuşuna aldı, illərin köhnəldib
qocaltdığı canını çoxdan unutduğu güclü və gözəl vaxtlarının
xatirəsiylə diriltdi. Meşədə sığın. Çoxdan itirilmişlərin harayı.
Qocanı dövrəyə alan uşaqlar onu özləriylə aparmaq istə -
yirdilər. Və o, başa düşdü ki, səs eşidəndə bura elə o uşaqlarla
56 bir yerdə olmaq ümidiylə gəlib.
Uşaqlarla qocanın arasındakı məsafə elə bil qığılcım verdi.
Uşaqlar hiss elədilər ki, qocanın da saqqızını oğurlayıblar, onu
da bu oyuna qatıblar. O, ağzını belə açmadan razılığını ver -
mişdi. Bir də, nə deməliydi... harasa gedəcəkdi və onu özünə
çəkən də elə bu müəmma idi.
– Getdik, – Onunn dedi. Çünki başçı o idi.
– Getdik, – o birilər razılaşdılar. Hətta bu yerlərə və bu
adamlara yad Siqrid də.
Qoca da ürəyində razılaşdı, amma səsini çıxarmadı, eləcə
başını tərpətdi.
Əllərindəki taxtayla havanı yara-yara gedən uşaqların
ardınca özünü çubuğuna etibar edib gələn qoca elə bil yeri -
mirdi, sürünürdü. Siqridin əli boş idi, gözə görünən ancaq