Page 61 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 61
Tarey Vesos
dördlükdən və bu uşaqların ardınca düşən qocadan ötrü hər
şey demək idi.
Uşaqlar qocanın əlindən dartırdılar, tələsdirirdilər, amma
bədəninin, addımlarının nizamını dəyişə bilmirdilər. Qoca
öyrəşdiyi kimi yeriyirdi, amma əvəzində, uşaqlar özləri də
bilmədən onun düşüncələrini, hisslərini oyatmışdılar. İndi
onun canı həyatla doluydu.
Bu, yenidən doğulmaq deyilmi? – qoca bu sütül insanların
səxavətlə ona ötürdüklərini hərisliklə canına hopdura-hopdura
düşünürdü.
– Sığını görməyincə, burdan gedən deyilik! – o, pencəyinin
qolundan, ətəyindən dartıb çəkən uşaqlara həyəcandan titrə -
yən səsiylə astaca dedi.
Artıq uşaqlar da məsələnin nə yerdə olduğunu başa düş -
müş dülər.
Onunn hər işdə dəqiqliyin tərəfdarıydı. Ona görə də qəti
səslə dedi:
– Əvvəlcə, sən peyinə baxmalısan.
Qoca başıyla razılıq verdi. Onlar bir-birlərini sözsüz də
anlayırdılar.
Amma qoca həmin yerə gedib çata bilmədi.
Sonradan baş verənlər qar uçqununu xatırladırdı. Hər şey 61
dəhşətli qarabasma, ovsun kimi yaddaşlarına həkk olunur,
nəfəslərini kəsirdi. Sonra hər şey bitdi, qorxu ötüb-keçdi.
Nəhayət, can rahatlığı. Amma bu hissləri yalnız uşaqlar – pak
və sütül, hər yeni şey üçün tamarzı uşaqlar keçirdilər. Qocanın
vəzifəsi bambaşqaydı. O, onların dayağı idi və hər zərbəyə
dözməliydi. Amma bu ömürdə canını o qədər işlətmişdi ki,
tamam köhnəlmişdi.
Günəş şüaları qızılı yarpaqların arasından ona əl uzadırdı.
Ağcaqovaqlar elə bil zərrin nura boyanmışdı. Qoca başa
düşürdü ki, bütün bədəni nəyinsə görüşünə dartınır. Sevinmək
istədi, amma bacarmadı, bu məhrəm hissi çoxdan yadır -
ğamışdı.
Sığın lap yaxınlıqda, buralardaydı. Qəflətən peyda
olmuşdu. Hava da elə bil onun qoxusuyla nəfəs alırdı. Hamı