Page 53 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 53

Tarey Vesos

             Hərdən də deyərdim, bu boş torpağı belləmək lazımdı,
          haydı, uşaqlar, qollarınızı çırmayın.
             Elə həmin yay təzə əkinlik peyda olardı.
             Qoca indiki cavanların hər şeyə laqeydliyini, tənbəlliyini
          yadına salıb kədərləndi və öz-özünə mızıldandı:
             – Əgər mən qolumu çırmalamasaydım, bu xam torpaqlar
          indiyəcən əkilməzdi.
             Sözlərinin çəkisini artırmaq üçün ağacın gövdəsinə bir
          təpik də vurdu.
             Amma nahaq yerə, zərbədən dizləri əsdi. Bir anlıq. Elə bil
          əsməcə ayağına toxunub keçdi.
             Düşündü ki, o bilən kimi deyil.
             Yox, yox! – yenə fikrə getdi. – Sözlərimi geri alıram, –
          indicə dediklərindən tez-tələsik imtina etdi. – Əslində, mən
          belə düşünmürəm, sadəcə biz qocaları razı salmaq çətin
          məsələdi.
             Elə bu vaxt qocanın arxasında, payızın bəzədiyi meşədə
          dörd uşaq peyda oldu.
             Bazar günüydü və onlar nəsə maraqlı bir şey görmək, ya
          eşitmək ümidiylə meşədə veyillənirdilər. Bu darıxdırıcı, uzun
          gündə başlarını qatmağa yer gəzirdilər. Dörd nəfərdən üçü
          oğlan uşağı idi, qoz ağacından qırdıqları budaqlardan düzəlt -  53
          dikləri çubuqlarla göbələkləri, qarşılarına çıxan hər şeyi vurub
          əzə-əzə gedirdilər. Oğlanlar – Onunn, Xalvor və Knut özlərini
          qıza – Siqridə göstərmək üçün göbələklərin başına min oyun
          açırdılar. Dəyib vaxtını ötürmüş göbələklərin kəskin qoxusu
          aləmi bürümüşdü, başının papağı payız yağışı üçün hazır
          nəlbəki idi.
             – Bir bax, – deyə oğlanlar göbələkləri incidə-incidə özlə -
          rini elə aparırdılar ki, guya Siqridə məhəl belə qoymurlar.
             Amma Siqrid çox gözəl bilirdi ki, bir an da onların fikrindən
          çıxmır, yəqin, yanaqlarının allanmağına da səbəb bu idi.
             Siqrid bura qonaq gəlmişdi. Amma oğlanlar yerliydilər, bu-
          rada hər şeyə öyrəncəliydilər. Ətrafda yeni olan təkcə Siqrid
          idi. Oğlanlar qıza meşəni göstərmək istəyirdilər.
   48   49   50   51   52   53   54   55   56   57   58