Page 69 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 69

Ernst Orvil

             – Qəzetdə mənə nəyi göstərmək istəyirdiniz? – mülayim
          səslə soruşdum.
             – Budur, baxın!
             Gördüm ki, əlləri qəfildən sustaldı, gözlərində ilahi atəş
          parladı. Bu adamın çılğınlığı qəzetdən oxuduğu sensasiyadan
          qidalanırdı; öz gücünü başqalarının əməllərindən alırdı.
             Mən oxudum:
             Bu gecə, təxminən saat iki ilə üç arasında cəsarətli bir
          oğurluq hadisəsi baş verib, bina gözətçisinin qarətdən dərhal
          sonra bildirdiyinə görə, şübhəli heç bir şey gözə dəyməyib.
             – Hələ biri də var, – o, başqa bir qəzeti açdı.
             Bu gecə nəhəng bir qiyam baş verib!
             – Amma qiyam, ümumiyyətlə, nəhəng ola bilməz, –
          dedim. – Qəzet sadəcə oxuculara yanlış informasiya verir.
             Yad adam yalnız qulaqlarını tərpətdi, sözlərimin mənasına
          qəti varmadı. O, təsəvvüründə yaratdığı nəhəng fikirlərə qapıl -
          mışdı.
             – Qarət də cəsarətli ola bilməz, – sözümə davam etdim, –
          çünki oğurluq öz mahiyyətinə görə ən qorxaq fırıldaqdan
          başqa bir şey deyil. Bu, ən adi kontorçunun istənilən qarət -
          çidən daha yaxşı görə biləcəyi xırda və çirkin işdir. Amma kon-
          torçu qarət etməz. Onlar öz kontorlarında otururlar. Çünki  69
          ağıllıdırlar. Nəticə etibarilə ən ağıllı iş – özgənin malına hör -
          mətlə yanaşmaqdır. Kontorçular bunu bilirlər.
             – Bir buna baxın, – o, üçüncü qəzeti, az qala, gözümə
          soxacaqdı.
             Böyük seyf oğrusunu polis itlərlə təqib etməkdədir, amma
          hələlik izə düşə bilməyiblər, heç bir nəticə yoxdur.
             – Özgənin seyfini oğurlamaq elə bir igidlik-filan deyil, –
          dedim. – Siz özünüz heç olmasa, haçansa bir seyf yarmı -
          sınızmı?
             – Ömrümdə heç bircəciyi də olmayıb, – o, ağır-ağır nəfəs
          alaraq cavab verdi.
             – Tapançanı mənə verin.
             – Hansı tapançanı?
   64   65   66   67   68   69   70   71   72   73   74