Page 119 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 119
Eyvin Bolstad
– Bu, açıq-aşkar şantajdı! – qardaşı qışqırdı.
– Hə, – Paul sərt şəkildə cavab verdi, – bağ evi üçün yığ -
dığı mız on iki mini bankdan götürəcəm. Torpaq sahəmizi də
satacam. Oranı ancaq ona görə almışdıq ki, sənin arvadın
şəkillərini çəkib hamının yanında forslana bilsin. Pulumu son
qəpiyinə qədər xərcləyəcəm. Sizin əsl niyyətinizi hamıya
göstərmək üçün heç nəyi əsirgəməyəcəm. Sizin qohumluğu -
nuzun nə olduğunu hamıya göstərəcəm. Sizi rüsvay elə–
yəcəm...
– Bununla ancaq ona nail olacaqsan ki, səni işdən ata-
caqlar, – qardaşı artıq qəzəbini gizləmədən qışqırdı. – Biabır
olmuş bir inspektoru saxlayacaq deyillər ki. İcazə ver
xatırladım ki, firmanı aldatmaq üçün satılmış kimi təqdim
elədi yin o tozsoranların pulunu sənə mən vermişdim. Onları
aldadaraq etibarlarını qazandın!
– Heç biri vecimə də deyil, – Paul etiraz elədi,– məhkəməni
udsam, onsuz da, onlardan ayrılıb öz müəssisəmi yaradacam.
Öz hesablarımı ödəyəcəm, yeni avtomobilim, arvadımın villası
və iki kürkü, uşaqlarımın isə istədikləri hər şeyi olacaq. Nəyin
bahasına olursa-olsun, səndən öz haqqımı alacam.
Ule stulda dikəldi və yumruğuyla masanın üstünə vurub
vəhşi bir səslə bağırdı: 119
– Bu, şantajdı! – onun gözləri yaşla dolmuşdu. Söylədiyi
hər sözdə qəhər hiss olunurdu. Sözləri isə getdikcə daha sərt
və daha iyrənc olurdu.
Elə təəssürat yaranırdı ki, guya onları bataqlıq özünə çəkir
və dərinə getdikcə oradan qurtulub yuxarı çıxmağa çalışırlar.
Qardaşlar qarşı-qarşıya durmuşdular və ətrafdakı masalarda
əyləşən insanların yerlərindən qalxdıqlarının fərqində belə
deyildilər. Kimi əlində fincanı və salfeti ilə, kimi də boş əllə
qalxıb onları aralamağa hazır dayanmışdı. Hamı donub-
qalmışdı. Restorana elə bir sükut çökmüşdü ki, hər söz aydın
eşidilirdi.
– Əzizim Ule, sənin o Maqdanın fırıldaqları barədə məh -
kə mədə çox şey eşidəcəksən. Hər şeyi rəsmiləşdirib uduşu öz