Page 99 - "Morelin ixtirası"
P. 99
Morelin ixtirası

***
Aradabir onları görürəm. Dünən təpənin
kənarında Haynesi gördüm; iki gün qabaq Stoever
və İreneni, bu gün də Dora və digər qadınları gördüm.
Onları görmək səbrimi daraldır; həyatımı qaydaya
sala bilmək üçün bu surətləri fikrimdən çıxarmalıyam.
Onları göstərən aparatları (zirzəmidə olmalıdır)
məhv eləmək, ya da silindri sındırmaq lazımdır –
hazırda ən çox ürəyimdən bunları etmək keçir;
amma özümü saxlayıram, ada yoldaşlarıma baş
qoşmaq istəmirəm; qorxuram ki, beynimə salaram
və istədiyimi eləməmiş əl çəkə bilmərəm.
Hərçənd inanmıram ki, belə bir təhlükə olsun.
Başım daşqınlara və aclıqla mübarizə aparmağa
yaman qarışıb.
İndi özümə daimi bir çarpayı düzəltmək istəyirəm.
Aşağı tərəflərdə qalsam, bu alınmayacaq. Ağaclar
hamısı çürükdür, məni saxlamazlar. Lakin vəziyyətimi
düzəltməkdə qərarlıyam: iri daşqınlar olanda,
ümumiyyətlə, yata bilmirəm, qalan günlərdə də
balaca qabarmalar hər dəfə müxtəlif saatlarda məni
yuxudan oyadır. Bu subasmalara öyrəşə bilmirəm.
Palçıqlı və ilıq suyun hər an üzümə çıxacağını və bir
anlıq ağzıma dolacağını fikirləşə-fikirləşə qalıram və
beləcə, gec yuxuya gedirəm. Çalışıram ki, dalğa məni
qəfil yaxalamasın, amma yorğunluq mənə güc gəlir
və bir də görürəm su sakitcə üstümə çıxıb, qatı yağ
kimi qırtlağıma süzülür. Nəticədə xroniki yorğunluq,

99
   94   95   96   97   98   99   100   101   102   103   104