Page 100 - "Morelin ixtirası"
P. 100
lfo Bio Kasares
əsəbilik və istənilən çətinlik qarşısında təslim olmaq
meyilləri əmələ gəlir.
***
Sarı vərəqləri oxumağa davam edirdim. Belə
görürəm ki, yoxluqlara qalib gəlmə vasitələrini zaman
və məkan olaraq qruplaşdırmaq çaşqınlıq yaradır.
Yəqin ki, belə ifadə eləmək daha düzgün olardı –
ötürmə vasitələri və ötürmə-saxlama vasitələri. Ra-
diotelefon, televiziya, telefon birmənalı olaraq ötürmə
vasitələridir; kinematoqrafiya, fotoqrafiya və fonoqraf
– sözün əsl mənasında arxiv yaradanlar – ötürmə
və saxlama vasitələridir.
Demək, yoxluqları aradan qaldırmağa yönəlik
bütün aparatlar ötürmə vasitələri sayılır (şəkli əldə
etməzdən öncə çəkmək, videonu əldə etməzdən
öncə yazmaq lazımdır).
Eyni zamanda, bütün yoxluqların yekunda yalnız
məkanla bağlı olması da istisna deyil... Şübhəsiz ki,
artıq dünyasını dəyişmiş adamların surəti, səsi, to-
xunuşu bu və ya digər şəkildə haradasa qalır (heç
nə itmir...)
Demək hələ ki, az da olsa bir ümid var, ona görə
də mən muzeyin zirzəmisinə enməli və cihazlara
baxmalıyam.
Ölmüş adamlar haqqında düşündüm: nə vaxtsa,
dalğa tuta bilən cihazlar onları yenidən həyata qay-
taracaq. Özümün də buna bənzər bir şeyə nail ola
biləcəyimi xəyal etdim. Birdən bir sistem icad edərəm
100