Page 102 - "Morelin ixtirası"
P. 102
lfo Bio Kasares

etmir. Rahat şəkildə muzeydə yaşayıram və daşqın-
lardan canım qurtarıb. Yaxşı yatıram, dincəlmişəm
və təqibçilərin əlindən qaçıb bu adaya gəlməyimdə
mənə yardımçı olmuş arxayınlığıma yenidən qovuş-
muşam.

Düzdür, bu xəyalətlər mənə toxunanda bir az
narahat oluram (əsas da fikrim dağınıq olanda);
amma bu da keçib gedəcək və elə fikrimin dağınıq
ola bilməsi o deməkdir ki, artıq nisbətən normal
həyata qayıtmışam.

Faustineyə həyəcan keçirmədən, sadə əşya kimi
baxmağa öyrəşirəm. Maraq üçün artıq iyirmi gündür
ki, onu addım-addım izləyirəm. Bu, o qədər də çətin
olmur, baxmayaraq ki, bəzi qapıları, hətta açarla
bağlanmış olmayanları da açmaq mümkün deyil
(əgər çəkiliş vaxtı bağlı olubsa, göstəriləndə də bağlı
olmalıdır). Bəlkə də, onları sındıra bilərdim, amma
qorxuram ki, balaca bir qırıq bütün sistemi sıradan
çıxardar (hərçənd bu o qədər də inandırıcı deyil).

Faustine otağına çəkiləndə qapını kilidləyir. Bir
halda ona toxunmadan içəri girə bilmirəm, o da
Dora və Alek onunla bir yerdə olanda. Sonra o ikisi
tez çıxıb gedir. İlk həftə gecəni koridorda, bağlı
qapının önündə keçirdim; açar deşiyindən içəri
baxmağa çalışırdım, amma heç nə görünmürdü.
Növbəti həftə çöldən baxmaq istədim və təhlükəli
şəkildə karnizin üstü ilə pəncərəyə dırmaşdım; qor-
xumdan kələ-kötür daşlardan bərk yapışmışdım
(yerdən hündürlük beş metrdir), ona görə əl-ayağımı

102
   97   98   99   100   101   102   103   104   105   106   107