Page 97 - "Morelin ixtirası"
P. 97
Morelin ixtirası
Morelin bir neçə saat əvvəl danışdıqlarının doğru
olduğunu anladım (bəlkə də, o, heç bunları bir neçə
saat yox, bir neçə il bundan qabaq deyib; bunu ona
görə təkrar edirdi ki, onun danışığı həmin o həftə
ərzində lentə yazılıb).
Bu adamlar və onların fasiləsiz olaraq təkrarlanan
hərəkətləri artıq məndə qıcıq, hətta ikrah oyadır.
Sonra bir neçə dəfə də təpənin kənarlarında gör-
müşəm onları. Süni xəyalətlərlə dolu bir adada yaşa-
maq dözülməz bir kabus idi; bu surətlərin birinə
aşiq olmaq isə həqiqi xəyalətə aşiq olmaqdan daha
pis idi (bəlkə də, həmişə istəmişik ki, sevdiyimiz
insan müəyyən qədər xəyalət kimi olsun).
Aşağıda Morelin oxumadığı səhifələri (sarı
vərəqlərdəki) əlavə edirəm:
“İlkin planım – onu evimə gətirmək və mənim,
yaxud ikimizin bir yerdə xoşbəxt səhnəsini çəkmək
– baş tutmadığına görə, ikinci bir plan fikirləşdim və
yəqin ki, bu daha uğurlu oldu.
Bu adanı necə tapdığımızı bilirsiniz. Buranı seç-
məyimə üç əsas səbəb var idi: Birincisi – qabarmalar;
ikincisi – riflər; üçüncüsü – işıqlılıq.
Ayın cazibə qüvvəsi nəticəsində yaranan qabar-
maların müntəzəmliyi və meteoroloji qabarmaların
çoxluğu mühərriklərin demək olar ki, fasiləsiz
işləməyinə zəmanət verir. Dəniz rifləri çağırılmamış
qonaqlara qarşı təbii müdafiə divarıdır; keçidi yalnız
bir nəfər bilir, o da kapitan Mak Qreqor. Bu təhlükəli
yollardan bir daha keçməməsi üçün gərəkli tədbirləri
97