Page 94 - "Morelin ixtirası"
P. 94
lfo Bio Kasares

– Di gəl, – Dora dedi. – Onun xətrinə dəydin.
İndi onu geri qaytarmaq lazımdır. İnana bilmirəm
ki, sən Morel ilə bu cür davrandın.

Stoever təkid elədi:
– Siz heç nə başa düşmürsünüz!
– Morel həssas adamdır, onu təhqir eləməyə nə
ehtiyac var idi?!
– Siz heç nə başa düşmədiniz, – Stoever əsəbi
halda qışqırdı. – O, öz aparatı ilə Çarlini çəkmişdi və
Çarli öldü; Şvaxterin işçilərini də çəkmişdi və işçilərin
bəziləri müəmmalı şəkildə ölmüşdülər. İndi də deyir
ki, bizim də şəklimizi çəkib.
– Amma biz ölməmişik, – İrene dedi.
– O, özünü də çəkib.
– Məgər heç kim başa düşmür ki, bütün bunlar
bir zarafatdır?
– Morelin elə əsəbiləşməyi mənim haqlı olduğumu
göstərir. Mən heç vaxt onu hirslənən görməmişəm.
– Hər bir halda, Morel düz hərəkət eləməyib, –
yekədiş kişi dedi. – Gərək o, bizə əvvəlcədən məlumat
verəydi.
– Gedirəm onu tapam, – Stoever dedi.
– Sən qal burda! – Dora qışqırdı.
– Mən gedərəm, – yekədiş adam dedi. Mən ona
pis heç nə demərəm. Hamının adından üzr istəyərəm
və xahiş edərəm ki, izahatına davam eləsin.
Hamı Stoeverin başına toplaşdı; əsəbi halda onu
sakitləşdirməyə çalışırdılar.
Bir az sonra yekədiş adam geri qayıtdı:

94
   89   90   91   92   93   94   95   96   97   98   99