Page 89 - "Morelin ixtirası"
P. 89
Morelin ixtirası

İbtidai yalan detektorunun ixtiraçısı, görkəmli
elektrik mühəndisi Jan van Heuse ilə söhbət etmək
üçün Hollandiyaya getmişdim. Ondan xeyli ruhlandırıcı
sözlər eşitsəm də, deməliyəm ki, həm də özümə
qarşı nalayiq bir etimadsızlıq gördüm.

O vaxtdan etibarən tək işləyirəm.
Bu günə qədər əldə olunmamış dalğalar və
titrəyişlər axtarmağa, eləcə də onları tutmaq və
ötürə bilmək üçün cihazlar düzəltməyə başladım.
Qoxuların ötürülməsinə nail olmaq, nisbətən asan
oldu; istilik və toxunuş hisslərini əldə etməkdən
ötrü sözün əsl mənasında dəridən-qabıqdan çıxmalı
oldum.
Bundan əlavə, mövcud vasitələri də təkmilləşdir-
mək lazım gəldi. Bu baxımdan ən yaxşı nəticələrə
fonoqraf vallarının istehsalçıları nail olublar. Artıq
xeyli vaxtdır deyə bilərik ki, səsimiz heç vaxt ölmür.
Obrazlarımız natamam da olsa, foto-çəkiliş və kine-
matoqrafiya vasitəsi ilə saxlanılır. İşimin bu hissəsini
güzgülərdə əldə olunan təsvirlərin saxlanmasına
həsr elədim.
İnsan, əşya, yaxud heyvan mənim cihazlarım
üçün sanki radiodan eşitdiyiniz konserti efirə verən
stansiyaya çevrilir. Yəni, məsələn, əgər qoxu qəbule-
dicisini işə salsanız, onda Madlenin özünü görmədən
sinəsindəki yasəmən ləçəyinin ətrini hiss edərsiniz.
Toxunuş dalğalarının qəbuledicisini qoşsanız, onun
görünməyən və yumşaq saçlarına toxuna bilərsiniz;
beləcə korlar kimi ətrafınızda hər şeyi onlara toxunaraq

89
   84   85   86   87   88   89   90   91   92   93   94