Page 87 - "Morelin ixtirası"
P. 87
Morelin ixtirası

Təəssüf ki, onu özümə aşiq etmək ümidlərim suya
düşdü; mən artıq onun etimadından və dostluğundan
da məhrumam; yaşamaq üçün gücüm və mübarizə
əzmim də qalmayıb.

Belə olan halda bir plan cızmaq və bir istiqamət
tutmaq lazım idi.

(Bu yerdə Morel, sanki bayaqkı sözlərinin izafi
ciddiliyini yumşaltmaq üçün səsinin tonunu bir qədər
dəyişdi).

– Əvvəlcə düşündüm ki, buraya yalnız ikimiz
gələk deyə, ya onu yola gətirərəm, (bu mümkün
deyildi, çünki ona sevgimi etiraf etdiyim andan bəri
heç vaxt ikimiz təklikdə olmamışıq), ya da qaçıraram
(o halda da əbədiyyətə qədər dalaşardıq). Fikir verin
ki, “əbədiyyət” sözü bu dəfə qətiyyən şişirdilmiş
deyil. (Bu abzası bilərəkdən xeyli təhrif elədi. Məncə,
demək istəyirdi ki, onu qaçırmağa qərar vermişdi,
sonra isə araya zarafat qatdı).

İndi sizə ixtiramı izah edəcəyəm.
(Bura qədər Morelin nitqi kifayət qədər xoşagəl-
məz və nizamsız alındı. Kübar bir alim olan Morel
duyğularını bir kənara qoyub öz köhnə məftilləri
haqqında danışanda fikrini daha yaxşı izah edə bilir;
çıxışı texniki sözlərlə dolu olsa da, bu mövzuda danış-
dıqları aydın başa düşülür, lakin özünü ilhamlı bir natiq
kimi aparıb ədəbiyyat icad edəndə ortaya xoşagəlməz
bir şey çıxır. Qoy oxucu özü mühakimə eləsin).
Radiotelefonun funksiyası nədən ibarətdir? Səsi
eşitməklə bağlı bir yoxluğu aradan qaldırmaq: ötürücü

87
   82   83   84   85   86   87   88   89   90   91   92